• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Hümanizm hissləri aşılanır

Hümanizm hissləri aşılanır

Yazar Ismayilli
//
26 dekabr 2017
//
//
Oxunub 343
//
Kifayət Aslanova İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin təcrübəli müəllimlərindən biridir. Cari dərs ilində o VI A sinfinin rəhbəridir. Bir neçə gün əvvəl Kifayət müəllimin rəhbərliyi ilə sinif “Qızıl Aypara Cəmiyyətinin tarixi və fəaliyyəti” mövzusunda təqdimat keçirib.
Hümanizm hissləri aşılanır
Tədbirin yüksək səviyyədə keçirilməsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yetərincə qiymətləndirilib. Belə ki, K.Aslanova şagirdlərə hümanizm hisslərinin aşılanmasında, humanitar missiyanın təbliği sahəsindəki fəallığına görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri fərmanına layiq görülüb. Fəxri fərmanı Kifayət müəllimə cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov şəxsən təqdim edib.
Qazanılan uğur münasibəti ilə K.Aslanovanı və rəhbərlik etdiyi sinfin şagirdlərini təbrik edir, yeni-yeni nailiyyətlərə imza atmalarını arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!