• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Birliyimiz sarsılmazdır

Birliyimiz sarsılmazdır

Yazar Ismayilli
//
04 fevral 2013
//
//
Oxunub 1393
//
Birliyimiz sarsılmazdırHamıya yaxşı məlumdur ki, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə ölkəmizdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Bu bayram yeni ilin gəlişi ilə eyni vaxta düşür. Bu da xalqımız üçün ikiqat bayram deməkdir. Əgər bütün dünya ancaq Yeni ilin gəlişini bayram edirsə, xalqımız üstəlik Dünya Azərbaycanlılarının Həmrəylik Gününü də təntənə ilə qeyd edir.
Dekabrın 28-də məktəbimizdə Birliyimiz sarsılmazdır adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə məktəbin müəllim və şagirdlərindən başqa valideynlər də iştirak etmişlər. Xalqımızın birliyinə həsr edilmiş foto-sərgi, ekranda bu mövzuda nümayiş etdirilmiş fraqmentlər maraqla qarşılanmışdır. Bundan əlavə, şagirdlərin ifasında Vətən, torpaq haqqında mahnı və şeirlər səsləndirilmiş, günün aktual məsələlərinə toxunan səhnəciklər nümayiş etdirilmişdir. Tədbir zamanı uşaqların bilik səviyyəsini yoxlayan viktorina da keçirilmişdir.
Tədbirdə proyektor vasitəsilə məktəbin qazandığı nailiyyətlər də diqqətə çatdırılmışdır. İştirakçılar tədbirdən xoş təəssüratla ayrılmışlar.
M.Rəcəbova,
Basqal qəsəbə tam orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini

Şərh əlavə et:
Комментарии к новости (2)

Şərh eəlavə et

------------ -----------
Free counters!