• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Yazar Ismayilli
//
20 noyabr 2017
//
//
Oxunub 79
//
Hörmətli cənab Sadıqov!
Cari ilin 19-24 sentyabr tarixlərində Regionlara Avropa Avtobus Turunun keçirilməsinə göstərdiyiniz dəstək üçün Sizə təşəkkür edirəm.
Nümayəndəlik Avropa İttifaqı (Aİ) nişanları ilə bəzədilmiş avtobuslarda Şəki, Zaqatala, Qax və İsmayıllı şəhər mərkəzlərinə beş günlük tur təşkil etmişdi. Aİ avtobus turu zamanı məktəb və universitetlərdə Aİ və onun tarixi barədə təqdimatlar, rəsm müsabiqələri, tələbələr, kiçik və orta sahibkarlar üçün təlimlər, Aİ-nin maliyyə dəstəyi ilə Şəki Dövlət Dram Teatrında “Avropa nağılı”nın tamaşası, internat və uşaq evinə ziyarət və s. kimi tədbirlər keçirilib. Tədbirlər Aİ-na üzv dövlətlərin səfirliklərinin iştirakı ilə Şəkidə Avropa şəhərciyi və axşam konserti ilə yekunlaşıb.
Regionda Avropa Avtobus Turu uğurlu keçib, Avropa İttifaqı ilə Azərbaycan arasındakı yaxın əlaqələr və əməkdaşlıq bir daha nümayiş etdirilib.
Sizin yardımınız və dəstəyiniz olmadan bu tədbir uğurlu olmazdı. Nümayəndəlik işçi heyətinizə, xüsusilə də İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradova öz təşəkkürünü bildirir.
Tədbirlərin video çarxları Avropa İttifaqı Nümayəndəliyinin internet səhifəsində, mətbuat və KİV bölməsinin video-qalereya hissəsində yerləşdirilib: https://eeas.europa.eu/delegations/azerbaijan_en
Aİ nümayəndəliyi Avropa İttifaqı ilə Azərbaycan arasındakı sıx əlaqələri təşviq etmək üçün gələcəkdə oxşar təşəbbüslərdə Sizinlə işləmək arzusundadır.
Səmimiyyətlə:
Kəstutis Yankauskas,
səfir

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!