• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Peşə bayramı təntənə ilə qeyd olunub

Peşə bayramı təntənə ilə qeyd olunub

Yazar Ismayilli
//
20 noyabr 2017
//
//
Oxunub 48
//
“Qala” şadlıq sarayında rayon fermerləri, kənd təsərrüfatı məhsulları istehsalçıları, Nikitin adına kolxozun əməkçiləri, aidiyyəti qurumların, mütəxəssislərin, istehsal və emal müəssisələri işcilərinin iştirakı ilə kənd təsərrüfatı işçiləri gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbir öncəsi iştirakçılar tərəfindən ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb.Peşə bayramı təntənə ilə qeyd olunub
Peşə bayramı təntənə ilə qeyd olunub
Tədbirin əvvəlində rayonda 2017-ci ildə kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər - kənd təsərrüfatı məhsulları istehsalçılarına davamlı dövlət dəstəyi, aqrar sahədə qazanılan uğurlar və bu istiqamətdə aparılan digər tədbirlər barədə videofilm nümayiş etdirildi.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov çıxış edərək rayonumuzun iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə qazanılan uğurlardan danışdı, kənd təsərrüfatı işçilərini bayram münasibətilə səmimi qəlbdən təbrik etdi, onlara işlərində uğurlar arzuladı.
Tədbirdə çıxış edən İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov cari ildə rayonun kənd zəhmətkeşlərinin əldə etdikləri yüksək nailiyyətləri, xüsusilə rayon tarixində ilk dəfə olaraq dəmyə şəraitdə 106.6 min tondan artıq taxıl istehsal edildiyini, hektarın məhsuldarlığının 36.6 sentnerə çatdırıldığını qeyd edərək, kənd təsərrüfatının bütün sahələrində rayonumuzda cari ildə məhsul istehsalının artdığını qeyd etdi və Qubaxəlilli kəndində fəaliyyət göstərən qabaqcıl fermer Müşviq Həsənovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi medalı” ilə təltif olunduğunu bildirdi və bu təltifin rayonun kənd təsərrüfatı işçilərinə verilən yüksək dəyər, diqqət və qayğı kimi qiymətləndirdi.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov qabaqcıl kənd təsərrüfatı işçilərinin bir qrupuna İsmayıllı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanlarını təqdim etdi.
Sonra RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov tədbirdə iştirak edən bir qrup kənd təsərrüfatı işçilərinə pul mükafatları təqdim etdi, onlara işlərində yeni-yeni müvəffəqiyyətlər arzuladı.
Tədbirin gedişində rayon Mədəniyyət sarayının musiqiçiləri kənd əməkçilərinə həsr olunmuş nəğmələrlə çıxış etdilər.
Şahin Hüseynov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!