• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Əhalinin sığortaya cəlb olunması istiqamətində keçirilən tədbirlər davam etdirilir

Əhalinin sığortaya cəlb olunması istiqamətində keçirilən tədbirlər davam etdirilir

Yazar Ismayilli
//
20 noyabr 2017
//
//
Oxunub 29
//
26 oktyabr 2017-ci il tarixdə Qalınçaq kəndində fiziki və hüquqi şəxslərə məxsus əmlakın, kənd təsərrüfatı bitkiləri və heyvanlarının, bina və qurğuların sığortalanması işinin təşkili üzrə maarifləndirici seminar keçirilib.Əhalinin sığortaya cəlb olunması istiqamətində keçirilən tədbirlər davam etdirilir         Tədbirdə kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar, bələdiyyə üzvləri, kənd təsərrüfatı məhsulları istehsalçıları və Qalınçaq kənd orta məktəbinin kollektiv üzvlərindən ibarət 105 nəfər iştirak edib.
Rayon İcra Hakimiyyətinin məsul işçisi Şahin Hüseynov çıxış edərək sığortanın cəmiyyətin ictimai-iqtisadi həyatının bütün tərəflərini əhatə etməklə əhalinin maddi-rifah halının və sahibkarlıq riskinin zəmanətçisi kimi təsir göstərdiyini, gözlənilməz hadisələr zamanı əmlak mənafelərinin qorunmasında, dövlətin maliyyə sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyət daşıdığını və əhalinin sığortanın imkanlarından səmərəli istifadə etməsinin zəruriliyini bildirib.
Sonra İsmayıllı Sığorta Agentliyinin nümayəndəsi Nahid Şərifov sığorta qanunvericiliyindən, bu sahədə olan normativ-hüquqi aktlardan və digər yeniliklərdən ətraflı danışıb və sığortalanmanın mexanizmi, qaydaları haqqında geniş məlumat verib.
İştirakçılar tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, eyni məzmunlu tədbir oktyabr ayının 24-də rayonun Quşencə, noyabr ayının 6-da isə Hacıhətəmli kəndində keçirilib.
G.Baxışova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!