• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik qurum

Dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik qurum

Yazar Ismayilli
//
20 noyabr 2017
//
//
Oxunub 81
//
Müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən 1998-ci ildən etibarən hər il oktyabrın 1-də Prokurorluq işçiləri peşə bayramını qeyd edir. Builki bayram milli prokurorluq orqanlarının yaradılmasının 99-cu ildönümünə təsadüf edir. Dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik qurum
Azərbaycan Respublikasının dövlət təsisatları sırasında xüsusi yeri və statusu olmaqla, fəaliyyəti Konstitusiya normaları ilə nizama salınan Azərbaycan Prokurorluğu yarandığı gündən indiyədək mürəkkəb, lakin, eyni zamanda çox şərəfli bir inkişaf yolu keçmiş, zamanın çətin sınaqları ilə üzləşməsinə baxmayaraq, bütün imtahanlardan üzüağ çıxmaqla, öz doğma xalqına və müstəqil dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir quruma çevrilmişdir.
Azərbaycan Prokurorluğunun öz tarixi var. 1918-ci il mayın 28-də ölkəmizdə milli hakimiyyətin qurulmasından sonra öz idarəçilik sistemini yaradan Xalq Cümhuriyyəti həmin il oktyabrın 1-də Azərbaycanda özünün prokurorluq orqanlarını yaratdı. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə prokurorluğun ilk dəfə yaranması və fəaliyyətə başladığı həmin günü əsas götürərək, 17 iyul 1998-ci il tarixli sərəncamı ilə, oktyabr ayının 1-ni prokurorluq işçilərinin peşə bayramı günü elan etmiş və hər il bu əlamətdar günün qeyd olunması rəsmiləşdirilmişdir. Ulu öndərimizin dövlətçilik iradəsi ilə gerçəkləşən bu reallıq Azərbaycan Prokurorluğunun cəmiyyətdə və dövlət təsisatları sırasında tutduğu yeri müəyyənləşdirməklə, prokurorluğa dövlət səviyyəsində göstərilən qayğının və hərtərəfli dəstəyin təzahürü kimi hər bir əməkdaşımızda qürur hissi doğurur. Elə buna görədir ki, Azərbaycan Respublikası prokurorluq orqanlarının bütün əməkdaşları və ölkəmizin hüquq ictimaiyyəti Azərbaycan Prokurorluğunun yaradılmasının 99-cu ildönümünü böyük sevinclə bayram etdi.
Son dövrlərdə ölkəmizdə həyata keçirilən mütərəqqi, ardıcıl iqtisadi islahatlar, idarəetmə sistemində aparılan köklü dəyişikliklər, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı qəbul olunan strateji əhəmiyyətə malik innovativ qərarlar qəbul edilmiş, Həmçinin 2017-ci ilin ötən dövrü ərzində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin edilmişdir. Prokurorluq orqanlarının səyləri prezident İlham Əliyevin göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirə salınmadan aradan qaldırılmasına yönəldilib.
Prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində səmərəliliyin artırılması məqsədilə zəruri tədbirlərin görülməsinin intensivləşdirilməsi, "Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” proqramlarının bütövlükdə prokurorluq orqanları tərəfindən istifadəsinin təmin edilməsi, prokurorluqların vahid şəbəkəyə qoşulması, beynəlxalq təcrübə nəzərə alınmaqla həmin proqramların funksional imkanlarının və tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi, eyni zamanda bu proqramların yerlərdə prokurorluq əməkdaşları tərəfindən istifadəsi işimizi daha da asanlaşdırmışdır.
Müstəqillik illərində icrası üçün əsrlər tələb olunan möhtəşəm işlər görülmüş, bütövlükdə Azərbaycanın və ayrı-ayrılıqda hər bir regionun hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olunmuş, ölkəmizdə sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti formalaşdırılmış, vətəndaşların hüquqları real təmin edilmiş, dönməz və dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraiti yaradılmışdır. Dünyanı bürüyən böhran şəraitində iqtisadi inkişaf göstəricilərinə görə beynəlxalq aləmdə aparıcı mövqelərini qoruyub saxlayan Azərbaycanın qazandığı uğurların əsasında Heydər Əliyev ideyalarından qaynaqlanan, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən yeni məzmunlu müstəqil, praqmatik, insanpərvər və ən əsası proqnozlaşdırılan müdrik daxili və xarici siyasət durur.
2017-ci ilinötən dövrü ərzində ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq ədalətli və şəffaf prosedurlar əsasında gənc hüquqşünasların prokurorluğa qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir. Dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik qurum
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadın nəticəsidir ki, dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsiндя, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlər görülür, biz də İsmayıllı rayon prokurorluğu adından dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və Azərbaycanın daha da qüdrətlənməsi yolunda öz xidmətlərimizi əsirgəməyəcəyik.
Ülvi Abbasov,
İsmayıllı eayon prokuroru, ədliyyə müşaviri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!