• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Komissiyalar fəaliyyətdədir

Komissiyalar fəaliyyətdədir

Yazar Ismayilli
//
20 noyabr 2017
//
//
Oxunub 55
//
Bəllidir ki, Azərbaycanda uşaq problemlərinin həlli dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu öndər öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, uşaqların müstəqil dövlətimizdə yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi formalaşması, onların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması dövlət uşaq siyasətinin əsas məqsədidir.
Komissiyalar fəaliyyətdədir
Bəli, bu gün dövlətimiz hər bir Azərbaycan övladının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.
Ölkəmizdə olduğu kimi, İsmayıllı rayonunda da son illər uşaq hüquqlarının müdafiəsi sahəsində rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi”, “Qəyyumluq və himayəçilik” komissiyaları bir çox işlər görmüşdür.
2017-ci ilin doqquz ayı ərzində komissiyanın icraatına 54 sənəd daxil olmuşdur ki, onlardan 29-u idarə, müəssisə və digər təşkilatlardan, 25-i vətəndaşlardan gələn müraciətlərdir.
“Qəyyumluq və himayəçilik” komissiyasının fəaliyyətinə aid olan məsələlər və uşaqların tərbiyəsi ilə bağlı mübahisələrə baxılması və rəy verilməsi üçün Komissiyaya daxil olmuş hər bir müraciətin qanuna uyğun icrası təmin edilmişdir.
2017-ci ilin doqquz ayı ərzində Komissiya tərəfindən 180 vətəndaş qəbul edilərək müraciətləri dinlənilmiş və qaldırdıqları məsələlərlə bağlı qanuna müvafiq izahatlar verilmişdir.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın fəaliyyəti ilə bağlı cəmi 46 sənəd daxil olmuşdur.
2017-ci il ərzində Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideyn himayəsindən məhrum olan uşaqların ilkin uçotu aparılmış və valideyn himayəsindən məhrum olan, qəyyumluqda və himayədə yaşayan 415 uşaq qeydiyyata alınmışdır. Valideyn himayəsindən məhrum olmuş uşaqlardan 20-i üzərində qəyyum təyin edilmiş, 4 uşaq isə müvafiq internat müəssisəsinə yerləşdirilmişdir.
Komissiya üzvləri tərəfindən rayon ərazisində “Erkən nikahın qarşısının alınması”, “Zərərli vərdişlərə yox deyək”, “Milli-mənəvi dəyərlərimizin qorunması” və s. bu kimi maarifləndirmə tədbirləri mütəmadi olaraq həyata keçirilir.
Hazırda “Qəyyumluq və himayəçilik” komissiyasında qeydiyyata alınmış və üzərlərində qəyyum təyin edilmiş, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla Komissiya üzvləri tərəfindən ardıcıl və sistemli iş aparılır, qəyyumluğa verilmiş uşaqların ailələrinə nəzarət xarakterli səfərlər edilir, onların saxlanılması, təhsili və yaşayış şəraiti yoxlanılır.
Bəhruz Xələfov,
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının aparıcı məsləhətçisi



Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!