• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Vətəndaş mövqeyi: Bir ömrün nağılı və ya nağıllaşan ömürdən səhifələr

Vətəndaş mövqeyi: Bir ömrün nağılı və ya nağıllaşan ömürdən səhifələr

Yazar Ismayilli
//
20 noyabr 2017
//
//
Oxunub 116
//
Ən çətin məqamlarda, ən gərgin anlarda yadıma ustad şairimiz Musa Yaqubun dəyərli misraları düşür:
Bizim bu dünyada yaşamağımız,
İşıqlı insanlar hesabınadır.
Bəli, bu da həqiqətdir ki, varlıqların alisi insan övladı bəşər cəmiyyəti yaranandan çox işlər görüb: təkcə öz çevrəsini işıqlandıranlar da olub, kiçik qəlbini Danko kimi (M.Qorkinin ölməz qəhrəmanı) məşələ döndərib həyatının mənasını başqaları üçün təmənnasız ərməğan edənlər də. İlbiz kimi yalnız qınına çəkilənlər də var, qartal olub səmaları məskən edənlər də.
Vətəndaş mövqeyi: Bir ömrün nağılı və ya nağıllaşan ömürdən səhifələr
Vətəndaş mövqeyi: Bir ömrün nağılı və ya nağıllaşan ömürdən səhifələr
Vətəndaş mövqeyi: Bir ömrün nağılı və ya nağıllaşan ömürdən səhifələr
Vətəndaş mövqeyi: Bir ömrün nağılı və ya nağıllaşan ömürdən səhifələr
Özləri üçün yaşayanlar xalq arasında seçilmir, dünyadan köçəndə də cismani ölümləri ilə qısa müddətdə unudulur, yaddan çıxırlar. Başqaları naminə fədakarlıq göstərib özlərini unudanlar isə elə sağlığında etalona çevrilir, cismani ölümləri ilə unudulmur, əksinə ürəkdən ürəyə köçür, məhəbbətlə anılır, xatırlanır, əbədiləşmiş ömür qazanırlar.
Bəli, bu insanları, onların insan düşüncəsinə sığmayan bənzərsiz əməllərini, üzərinə düşən vəzifəni şərəflə, vicdanla yerinə yetirməyi görəndə ürəyin köksünə sığmır, insan adı daşıdığına görə qürurlanır, bir daha qaldığın yerdən davam etmək, tanrının bəxş etdiyi ömür payı bitənəcən günlərini mənalı və səmərəli keçirməyi düşünürsən.
Əlbəttə, kamil insan anlayışı zaman-zaman bəşəriyyətin və hətta ulu Tanrının nəzərində çox aktual məsələ kimi, necə deyərlər, hər vaxt, həmişə gündəmdə olub, bu gün də eyni dərəcədə qalmaqdadır. Və əsl insan, dəyərli şəxsiyyət amili həm vəzifəli şəxslərin, həm də sadə adamların timsalında insana xas olan yüksək mənəvi duyğuların inkişafı çox vacib məsələdir.
Lakin səmimi etiraf etmək lazımdır ki, gələcəyimizin, xoşbəxt günlərimizin istiqamətverici mayakı, müstəqil dövlətimizin qüdrəti, güclü dövlətlərin arasında yaşayıb baş çıxarması, eyni zamanda çoxlu əzablı günlər nəsib olmuş bizlərə zəmanənin qarışıq məqamlarında doğru-dürüst baş çıxarmaq üçün, həmçinin mürəkkəb iqtisadi, siyasi gedişlərində səhvə yol verməmək üçün müdrik idarəedicilərə, ən çətin məqamlarda çıxış yolu tapmağı bacaran, xalqını, millətini, el-obasını dərindən sevən, vətən torpağının hər qarışının təəssübünü çəkən, onu laləzara döndərmək eşqi ilə alışıb-yanan vətəndaşa, təcrübəli rəhbərə, gəncliyə öz faydalı nəsihətlərini verən ağsaqqala, xalqımıza məxsus ən müqəddəs mənəvi dəyərlərə sahib olan səxavətli, dəyanətli, qayğıkeş insanlara, güvənc mənbəyinə ehtiyacımız olub.
Bəli, nəhəng ümmanlar kiçik damlalardan əmələ gəldiyi kimi, azman dövlətlərin maraq dairələrinin kəsişdiyi bir məkanda qərar tutan doğma vətənimiz də ayrı-ayrı bölgələrdən ibarətdir və təbii ki, hər bölgənin düzgün iqtisadi, mədəni inkişafı gələcəyimizin istiqamətverici mayakı, müstəqil dövlətimizin qüdrətli, güclü dövlətlərin arasında öz layiqli yerini tutmasıdır. Bu ehtiyacı dərindən duyan cənab prezidentimizin təkcə bir imzası Rayon İcra Hakimiyyəti başçısı postuna dövlətçiliyimizə sədaqətli, öndə sadaladığımız yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı, ziyalı bir insan - Əməkdar elm xadimi, iqtisad elmləri doktoru cənab Mirdaməd Sadıqovun təyin etməsi bəs edərmiş ki, torpağımızın hər qarışında bir oyanma, düşüncələrdə, mənəviyyatlarda bir inam, saflaşma baş versin. Və bu imza ilə insanlığa müjdə olan bir töhfə bəxş etsin.
Ağlım söz kəsəndən bu insanın zəhmətkeşliyi, xeyirxahlığı, alicənablığı, insanlara arxa, dayaq olması haqqında eşidir, onlarla insanın səmimi söhbətinin şahidi olurdum. Onun haqqında danışanda hamının üzünə xoş təbəssüm qonur, fəxrlə danışırdılar. Deyirdilər ki, onun etdikləri, insanlara mehribanlığı, səmimiyyəti və intəhasız sevgisi ilə şölələnib. Ürəyimdə aqillərin dediyi: “Alimlər bu dünyanın işığı, axirətin nurudur” ifadəsini bu müdrik insana şamil edirdim.
Sevincim köksümə sığmır, qürurlanırdım ki, belə yüksək mənəviyyatlı şəxs mən doğulub boya-başa çatdığım torpağın oğludur: burada-təkcə İsmayıllı, Azərbaycan üçün deyil, dünya mədəniyyətinə qiymətli töhfələr bəxş edən Lahıcda doğulub, ayaq açıb yeriyib, dünyaya, insanlara bu yerdən pəncərə açıb. Şöhrətli Lahıc məktəbini bitirib, müvəffəqiyyətlə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti) qəbul olunub. Ali məktəbi əla qiymətlərlə bitirib. Elə həmin ildə də maliyyə-kredit kafedrasına işə qəbul olunub. Baş referatrdan fakültənin baş müəllimi və dekanı vəzifəsinə qədər yüksəlib. Sonralar Bakı Maliyyə-Kredit Texnikumunun kollecə çevrilməsi ilə əlaqədar onun direktoru vəzifəsində çalışıb.
2000-ci ildən Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi, sonra 2007-ci ilə qədər isə Azərbaycan Dövlət İqtisad İnstitutunun prorektoru vəzifəsində çalışıb.
“Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” (2004) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və respublikamızda bu sahədə doktor adı almış ilk alimlərdən biri olub.
Sonralar Azərbaycan Respublikası Vergilər Nazirliyində Vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifəsində işləyib.
Növbəti etimad Respublika prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin olunması olub.
Mən qəsdən ayları, illəri qeyd etmədim. Çünki məsul vəzifələr fasiləsiz bir-birini əvəz etsə də, məsuliyyət hissi, ürəyini məşələ çevirib çalışmaq eşqi zərrə qədər də onu tərk etməyib.
Və tale elə gətirib ki, doğma Vətənin hər daşına, kərpicinə məhəbbətlə sığal çəkən bu vətən övladının yolu bir daha elə doğulduğu, böyüdüyü doğma yurda düşüb. Artıq qonaq kimi yox, rəhbər kimi.
Və elə ilk gündən rayonda gerçəkləşən ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin təşəbbüskarı, həyatda düşdüyü hər bir çətinlikdən Tanrının ondan əsirgəmədiyi dərin zəka, möhkəm iradə və böyük səbirlə münasib çıxış yolu tapmağı bacaran təcrübəli rəhbər, ən əsası isə keşməkeşli həyat yolu keçmiş, ülvi və bəşəri ideyaları xeyirxah əməlləri ilə yaşadan, ən yüksək əxlaqi-mənəvi dəyərlərin daşıyıcısı, canı, qanı, varlığı ilə Vətəninə xalqına xidmət edən şəxsiyyət, müdrik el ağsaqqalı kimi şöhrətləndi.
Son bir neçə ildə İsmayıllıda misli görünməmiş quruculuq işləri aparılıb. Bütün sahələrdə - təhsildə, kənd təsərrüfatında, tikintidə, bir sözlə, iqtisadi, mədəni, mənəvi həyatın hər sahəsində coşqun yüksəliş olub. Bu mənada sanki bu fikir öz məntiqi nəticəsini tapıb: insanın vətənpərvər ürəyi nəyə qadir olarmış!
Və eyni zamanda düzgün təyinatın cəmiyyətin həyatında oynadığı müsbət rolun nə dərəcədə səmərəli olduğu həqiqətini daha aydın görürsən.
Ataların möcüzəli sözlərini xatırlamaq istəyirəm:
Əkilməmiş tarladan
Biçilməmiş zəmim qaldı.
Mən bu fikri insana qiymət amili kimi tətbiq edərdim. Əgər insana lazımi qayğı göstərilirsə, bu, onun sağlamlığı deməkdir. Can sağlığı isə sağlam mənəviyyat, sağlam cəmiyyət deməkdir.
Nəcib və ülvi duyğular ünvanı saf əməl, təmiz niyyət müjdəçisi, insanlıq adına şərəf gətirən, nəcib ürək sahibi Mirdaməd Sadıqov özü də, müəllim işlədiyi 45 il müddətində neçə-neçə ziyalı nəslin yetişməsində gərgin zəhmətini, biliyini əsirgəməyən, sağlam cəmiyyətin qurulmasına öz töhfəsini verən, arxasızlara dayaq, köməksizlərə kömək olan şəxsiyyətdir.
Və əsl ziyalı, qayğıkeş rəhbər kimi hər kəsi öz dilində danışdırması, zəngin mütaliəsi, elmin ayrı-ayrı sahələrinin, xüsusilə də ədəbiyyat və fəlsəfənin bələdçisi, hər məclisin ruhuna uyğun nitq (onu da deyim ki, həm Azərbaycan, həm də dünya ədəbiyyatı klassiklərinin əsərlərinin təhlili, şeirləri - bunlar isə saysız-hesabsızdır - özünəməxsus şəkildə söyləməsi hər kəsi heyrətləndirə bilər), həyat-cəmiyyət proseslərindən daha dərin və düzgün baş çıxarması, qarşısına çıxan çətinliklərdən qorxmaması, haqqın yolunu tutub ruhdan düşməməsi, vətənə, dövlətə, dövlətçiliyimizə dərin sədaqəti həm Azərbaycan xalqı, həm də bütün bəşəriyyət qarşısındakı fədakarlığıdır.
Ağlı kəsəndən əsl vətəndaş qeyrəti ilə, pak və təmiz vicdanı ilə, dərin zəkalı alim ömrü ilə insanlığa şərəf olan bu rəhbər insan müdriklik çağında da var-qüvvəsi ilə çalışmaqdan yorulmur. Və onun etdikləri isə həmişə insanlara mehribanlığı, səmimiyyəti, intəhasız sevgisiylə şölələnib.
O, hər zaman haqlının yanındadır! Naqisliyi deyil, xeyirxahlığı seçir. Xəyanətkarları tənqid edir, xalqın gözündə ləyaqətli insanları yüksəltməyə çalışır. Və sübut edir ki, formalaşmış, cilalanmış müdriklik bir şəxsin var-dövləti deyil, bəşər övladına verilən töhfədir. Bəşəriyyətin inkişaf tarixi ilə təsdiq edir ki, müdriklik kisəsi heç vaxt kasadlaşmır. Onun ən nəcib xüsusiyyəti də, məncə, elə bundadır. O da bu kisənin daşıyıcılarından biridir. Artıq fərdilik çərçivəsindən çıxaraq ictimailəşmiş bir ziyalıdır. Yəqin ki, onun dünyaya gəlmə missiyası da bununla sıx bağlıdır.
Məhz buna görədir ki, həm nəsil, kök baxımından, həm də ziyalılıq, vətəndaşlıq, peşəkarlıq baxımından sevilənlər cərgəsindədir. O, saydığımız və saya bilmədiyimiz başqa məziyyətləri ilə insanlıq adına şərəf gətirən bir insan kimi bütün türk dünyasının ağsaqqallarının biri kimi dəyərlidir.
Biz həyatın enişli-yoxuşlu, keşməkeşli yollarında çox qaranlıqları dəf edən müdrik insan, dəyərli vətəndaş, nurlu ziyalı, insanlıq və dövlətçilik naminə öz müstəsna, çoxlarının bacara bilmədiyi töhfələrini əsirgəməyən, ömrünün 6-cı onilliyini yaşayan, yaşının bütün səhifələri ləyaqətlə naxışlanan, nağıla bənzər insanlıq dərsləri olan bu müdrik insana daha uca zirvələr, möhtəşəm qələbələr, uğurlar arzulayırıq.
Rəna Mirzəliyeva

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!