• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı rayonunda təhsilin inkişafı: uğurlu təhsil siyasəti ilə idarəetmənin harmoniyası

İsmayıllı rayonunda təhsilin inkişafı: uğurlu təhsil siyasəti ilə idarəetmənin harmoniyası

Yazar Ismayilli
//
20 noyabr 2017
//
//
Oxunub 90
//
Məlumdur ki, təhsil cəmiyyətin inkişafını, hərtərəfli tərəqqisini şərtləndirən başlıca amillərin ən əsasını təşkil edir. Hələ o zamanlar təhsili millətin gələcəyi adlandıran ümumilli lider Heydər Əliyev, təhsilimizin gələcəyini onun keyfiyyətinin yüksəldilməsində və müasir texnologiyaların bu sahəyə geniş tətbiqində görürdü.  İsmayıllı rayonunda təhsilin inkişafı: uğurlu təhsil siyasəti ilə idarəetmənin harmoniyası
 İsmayıllı rayonunda təhsilin inkişafı: uğurlu təhsil siyasəti ilə idarəetmənin harmoniyası
 İsmayıllı rayonunda təhsilin inkişafı: uğurlu təhsil siyasəti ilə idarəetmənin harmoniyası     Cənab Prezident İlham Əliyev də öz çıxışlarının birində qeyd etmişdir ki, “Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. Bizim məqsədimiz elmi inkişafla milli inkişafın ümumi səviyyəsi arasında əlaqə yaratmaq və elm, ali təhsil və iqtisadiyyat arasında hormoniyanı təmin etməkdir”. Cənab Prezidentin belə fikirləri milli təhsilimizə, bütövlükdə isə Azərbaycanın müasirləşməsi və dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmasına hədəflənmiş konservativ baxışdır.
Son illər İsmayıllı rayonunun təhsil sistemində normativ-hüquqi bazasının yaradılması, müasir texnologiyaların tətbiqi imkanlarına görə məzmunca təhsilin yeniləşdirilməsi və təkmilləşdirilməsi, həmçinin idarəçilikdə demokratik dəyərlərin daim ön plana çəkilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi kimi vacib məsələlərə həssas yanaşma tendensiyaları artmaqdadır.
Zəngin maarifçilik ənənələrinə malik olan İsmayıllı rayonunda təhsil 2017-ci ildə daha da inkişaf etmiş, uğurları artmışdır. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi və ümumilikdə təhsildə müasir standartlara uyğunlaşdırılma istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilmişdir. İl ərzində keçirilən respublika, zona və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, həmçinin idman yarışlarında şagirdlərimiz yüksək uğurlar qazanmışlar.
Birmənalı olaraq vurğulamaq olar ki, “hər kəs üçün məktəb, daim inkişafda olan canlı orqanizmdir” fikri İsmayıllıda təhsil alan şagirdlərin timsalında özünü ideyadan tətbiqə keçid formasında tam ifadə edir.
Statistik təhlil apardıqda, məlum olur ki, rayonda 46 tam orta, 22 ümumi və 12 ibtidai olmaqla, ümumilikdə 80 ümumtəhsil məktəb yerləşir. Bu məkətəblərdə 12060 şagird təhsil alır, Şagirdlərin təlim tərbiyəsi ilə 1299 müəllim məşğul olur.
Elmi-intellektual cəmiyyətin formalaşmasında müəllimlərin rolu danılmazdır. İsmayıllıda fəaliyyət göstərən müəllimlər peşəkarlıqları və pedaqoji mədəniyyətləri ilə xüsusi fərqlənirlər. Onların belə yüksək keyfiyyətləri Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 13 müəllimin əməkdar, 9 müəllimin “Tərəqqi” medalı və eləcə də Təhsil Nazirlyinin əmri ilə 37 müəllimin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunumasında öz təzahürünü tapmışdır. İsmayıllının müəllimləri davamlı olaraq dövlətin diqqət və qayğısını daim hiss edir. Onların əməyinin stimullaşdırılması tədrisin keyfiyyətinə də müsbət təsir göstərir.
Son illər şagirdlərin topladıqları maksimum ballar və o cümlədən təhsildə fərqləndikləri üçün əldə etdikləri naliyyətlər rayonda təhsilin yüksək səviyyədə tədrisi ilə xarakterizə olunur. Sevindirici haldır ki, İsmayıllı rayonunda təhsil bir neçə ildir ki, ən yaxşı göstəricilərinə görə respublika üzrə ilk onluqda yer alıb. Əbəs yerə deyilmir ki, İsmayıllını digər rayonlardan fərqləndirən başlıca xüsusiyyəti onun təhsili ilə bağlıdır.
Şagirdlərin dünya görüşünün artması, asudə vaxtlarının səmərəli keçirmələri də rayonun təhsil siteminin prioritet məsələlərindəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən təqdir olunan “Ölkəmizi tanıyaq” layihəsinə İsmayıllı rayonun təhsil bilicilərinin özünə məxsus münasibəti vardır. Layihə ilə əlaqədar, rayonda təhsil alan şagirdləri vətənpərvər ruhda yetişdirmək və intelektual inkişaflarına şərait yaratmaq qayəsi indiyə qədər reallaşdırılan bir sıra tədbirlərdə öz əksini tapmışdır.
Bütün sahələrində yalnız proqressiv inkişafı qarşısına məqsəd qoymuş rayonumuzda aparılan islahatlar nəticəsində, məhz yeni məktəblərin tikintisi və həmçinin köhnə məktəblərin əsaslı təmiri işlərinin sürətlənməsi istiqamətində operativ işlər də göz oxşayır. Son 10 ildə rayonda məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur. Ulu öndərin ideyalarına söykənərək xalqının maariflənməsi üçün çalışan Fond, bugünün şagirdlərinin sabahın layiqli vətəndaşları kimi böyüməsində çox böyük humanist, məqsədyönlü siyasət həyata keçirir. Belə bir fəaliyyət bir zamanlar vətənpərvər ziyalılarımızın yeritdiyi fəal maarifçilik ideyalarının davamını xatırladır. Fondun əsas qayəsi dövlətin işıqlı gələcəyi üçün bir sıra strateji təhsil layihələri həyata keçirmək və cəmiyyəti savadlı, intelektli kadrlarla təmin etməkdir. Heydər Əliyev Fondu bütün regionlarda məktəb, bağça və s. kimi sosial obyektlərin tikilib əhalinin istifadəsinə verməsi ilə xeriyyə misissiyasını həyata keçirir. Fondun təşəbbüsü ilə İsmayıllı rayonunda da onlarla məktəb binası, o cümlədən bağça tikilib istifadəyə verilmiş, təmirə ehtiyacı olan məktəblər bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. 260 şagird yerlik Tircan kənd tam orta məktəbi, 180 şagird yerlik Bizlan kənd və 100 şagird yerlik Əhən kənd ümumi orta məktəbi və s. bu kimi təhsil ocaqları tikilmiş və hər cür avadanlıqlarla təmin edilmişdir.
Rayonun ucqar ərazisində yerləşən Yenikənd kəndində də Təhsil Nazirliyinin sifarişi ilə Yenikənd kənd ümumi orta məktəbi üçün 22 şagird yerlik modul tipli məktəb binası tikilərək kənd camaatının istifadəsinə verilmişdir. Bununla yanaşı, Tağlabiyan kənd ümumi orta məktəbi üçün isə 56 şagird yerlik məktəb binası tikilir. Hal-hazırda tikinti davam etdirilir və son tamamlama işləri aparılır. Məktəb tezliklə müəllim və şagirdlərin istifadəsinə veriləcəkdir.
Dövlətin rayona olan diqqəti gündəlik həyatda da hiss olunur. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması ilə bağlı qəbul olunan dövlət proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilir. İsmayıllı rayonun sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında da yeni məktəblərin tikintisinə, eyni zamanda, mövcud məktəblərin əsaslı təmirinə xüsusi diqqət yetirilir. Müəllimlər gününə təsadüf edən cənab Prezidentin Lahıc qəsəbəsində 400 şagird yerlik məktəbin tikintisi üçün Sərəncamı 125 yaşlı Lahıc qəsəbə tam orta məktəbi üçün ən böyük töhvə oldu. Bu Sərəncam nəinki qəsəbə müəllimləri üçün, ümumilikdə İsmayıllı təhsili üçün dövlət başçısının ən böyük hədiyyəsi idi.
İKT-nin yüksək sürətlə inkişaf etdiyi dövrdə məktəblərin beynəlxalq əlaqələri genişlənir. Respublikada ilk olaraq, Yaponiyanın İto şəhəri ilə İsmayıllı rayonu arasında bağlanmış dostluq xartiyası əsasında çox geniş təhsil proqramı həyata keçirilir. “Yaponiyanı kəşf edək” Mərkəzində distant yolla şəhər 1 nömrəli tam orta məktəbinin bir qrup şagirdi yapon dilini öyrənir. Təhsil sahəsində bu əlaqələr xeyli genişləndirilərək davam etdirilir. Rayonun qabaqcıl gənc yaradıcı müəllimləri Türkiyə, Rusiya, ABŞ, Almaniya, Yaponiya, Fransa, İngiltərə və s. ölkələrdə təhsillə bağlı keçirilən tədbirlərdə tez-tez iştirak edir, təcrübə mübadiləsində olurlar.
Cənab Prezidentin 22 sentyabr 2014-cü ildə rayona səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə “Son dövrdə İsmayıllıda görülən işlər, yerli rəhbərlik tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən dəstəklənir. Mən də Prezident kimi daim İsmayıllının inkişafını diqqət mərkəzində saxlayacağam” deyən ölkə rəhbəri bir daha xalqın xidmətçisi olmağın ən şərəfli iş olduğunu öz şəxsində nümunə göstərmiş oldu.
İsmayıllı rayonun nümunəsində regionların kompleks inkişafını hədəfləyən bütün növ fəaliyyətlərin əsas məqsədi, ümumilikdə respublikamızın sosial-iqtisadi vəziyyətini günü-gündən inkişaf etdirmək, onu yüksək təhsilə, elmə və iqtisadi göstəricilərə malik qüdrətli bir məmləkətə çevirməkdir. Azərbaycanı sevən, onun uğurlu sabahlarını düşünən bir gənc olaraq doğma İsmayıllımızın gözəlləşən simasında ölkəmizdəki inkişafı görmək mənə yalnız qürur verir. Bütün bunlara görə hər zaman xalqının yanında olan, Ulu öndərin milli ideyalarını layiqincə davam etdirən Prezidentimə minnətdaram.
Gülnarə Mirzəliyeva,
İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!