• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Azərbaycanın ictimai həyatında YAP-ın rolu

Azərbaycanın ictimai həyatında YAP-ın rolu

Yazar Ismayilli
//
20 noyabr 2017
//
//
Oxunub 197
//
Yaxşı xatırlayıram, 1991-1992-ci illərdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların heç biri baş verən siyasi, ictimai hadisələrə nüfuz etmək, həmin dövrdəki özbaşınalığın, siyasi hərcmərcliyin qarşısını almaq iqtidarında deyildi. Məhz qüvvətli, nüfuzlu xalqın xilaskarı olan, dövləti və dövlətçiliyi qoruya bilən bir siyasi partiyanın yaranmasına ehtiyac var idi. Ulu öndər Heydər Əliyevin təşəbbüskarı və memarı olan Yeni Azərbaycan Partiyası belə çətin bir dövrdə yarandı və fəaliyyətə başladı. Yarandığı ilk dövrdən YAP Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadı. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi “YAP bu günün, sabahın və gələcəyin partiyası kimi nüfuzlu, aparıcı qüvvəyə çevrildi”.
Azərbaycanın ictimai həyatında YAP-ın rolu     Partiyanın rəhbəri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti parçalanmaqdan xilas oldu, müstəqilliyini əbədiləşdirdi. Xalqın rəhbərə, dövlətə, dövlətçiliyə olan inamı bərpa olundu. Azərbaycan xalqı öz rəhbərinə inandı və ona arxa, dayaq durdu. Azərbaycan respublikasının beynəlxalq nüfuzu artdı, nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi. Üçrəngli bayrağımız qüdrətli dövlətlərin bayraqları ilə yanaşı BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatların qarşısında dalğalandı.
Qarabağ uğrunda gedən döyüşlərdə irəliləyişə nail olundu. Füzuli istiqamətində gedən döyüşlərdə Horadiz kimi əhəmiyyətli yaşayış məntəqəsi erməni işğalçılarından azad edildi. Atəşkəsə nail olundu. İqtisadiyyatın inkişafına, ordu quruculuğuna diqqət artırıldı. Əsrin müqaviləsi imzalandı. Bakı-Tibilisi Neft Kəmərinin istifadəyə verilməsi sübut etdi ki, Azərbaycan dövləti müstəqil siyasətini uğurla davam etdirir. Orduda vahid idarəetmə sistemi bərpa olundu. Ordunun möhkəmləndirilməsi, döyüş qabiliyətinin bərpa edilməsi üçün bütün imkanlar səfərbər edildi. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun qüdrətinin bir daha şahidi olduq.
YAP yarandığı dövrdə onun sıralarını əsasən orta və yaşlı nəslin nümayəndələri təşkil edirdi. Sonrakı illərdə partiyaya olan inamın sayəsində onun sıralarına daxil olmaq üçün daha çox gənclər müraciət etdi. YAP-nın sıraları həm kəmiyyətcə, həm də keyfiyyətcə daha da möhkəmləndi. YAP Azərbaycanın ictimai həyatında ən nüfuzlu aparıcı siyasi partiyaya çevrildi. Məhz bunun nəticəsidir ki, ölkədə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının üzvləri fəal iştirak edir. Xalqın partiyaya olan inamının nəticəsidir ki, seçkilər Yeni Azərbaycan Partiyasının üstünlüyü ilə başa çatır.
Yeni Azərbaycan Partiyasının sədri, Respublikamızın Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə də partiyanın Azərbaycanın ictimai həyatında rolu daha da artmışdır. Azərbaycan vətəndaşları ölkədə sabitlik, əminamanlıq şəraitində yaşayır, ölkənin rəhbərinə, sabahına və gələcəyinə inanır. Azərbaycan çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Avropa və Asiyanı birləşdirən Bakı-Tibilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, yeni əsrin neft müqaviləsi kimi layihələrin həyata keçirilməsi Azərbaycan Respublikasının müstəqil siyasətinin bariz nümunəsidir. Bütün bunlar ölkəmizdə həyata keçirilən, düzgün, hərtərəfli düşünülmüş, uğurlu, iqtisadi, siyasi və sosial məsələlərin nəticəsidir.
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili tamam olur. Əsrin dörddə birini ləyaqətlə başa vuran YAP gələcəkdə 100-200 və da çox illəri arxada qoyacaq. Azərbaycanın nüfuzlu siyasi partiyası aparıcı qüvvəsi kimi həmişə öndə olacaqdır.
Yubiley münasibətilə siyasi həmkarlarımı təbrik edir, onlara Yeni Azərbaycan Partiyasının sıralarında daha mətin, daha cəsarətli olmağı arzulayıram.
Yaşar Nuriyev,
mart 1993-cü ildən YAP üzvü

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!