• Ana səhifə |
Subscribe by RSS or RUS
» » YAP-ın ilk ərazi təşkilatlarından biri İsmayıllıda yaradıldı

YAP-ın ilk ərazi təşkilatlarından biri İsmayıllıda yaradıldı

Yazar Ismayilli
//
20 noyabr 2017
//
//
Oxunub 39
//
Ağrılı-acılı, heç vaxt yaddaşlardan silinməyəcək 1988-1992-ci illəri xalqımız yaxşı xatırlayır.
Həmin illərdə Azərbaycan dövləti və dövlətçiliyi özünün çox mürəkkəb və çətin bir dövrünü yaşayırdı.
1988-ci ildən başlamış separatçılıq meylləri daha da dərinləşirdi. İdrəetmədə xaos hökm sürürdü. Şəxsi maraqlar milli maraqları üstələyirdi. Yüz minlərlə soydaşlarımız Qərbi Azərbaycandan - öz doğma yurd-yuvalarından ayaqyalın-başıaçıq, min bir zorakılıq və işgəncələrlə qovulurdu.
YAP-ın ilk ərazi təşkilatlarından biri İsmayıllıda yaradıldı
Hadisələrə biganə qalan, səriştəsiz rəhbərlər ölkəni idarəçilik sferasından çıxararaq hərc-mərcliyə, anarxiyaya çevirmişdirlər.
Hakimiyyəti zorakı yolla ələ almağa can atan və sonradan buna nail olan AXC-Müsavat cütlüyü meydan təfəkkürü ilə ölkəni idarə etməyə çalışırdılar. Milli Müqavimət hərəkatı, düşmənə qarşı mübarizə yalnız sözdə idi. Azərbaycan xalqı öz dərdləri ilə tənha qalmışdı.
Azərbaycana düşmən qüvvələr, millətimizi, xalqımızı diz çökdürmək niyyətində idilər. Respublikamız açıq-aşkar parçalanmaq, məhv olmaq qarşısında idi. Belə bir çətin məqamda xalqı bir araya gətirmək, Azərbaycanı gözlənilən faciələrdən xilas etmək üçün yeni qüvvənin meydana çıxması labüd idi. Xalq ümidini Naxçıvana, Naxçıvan Ali Məclisinin sədri, dünya siyasət aləminin lideri, böyük türk dünyasının böyük oğlu Heydər Əliyevə bağlamışdı. Yalnız Heydər Əliyev xalqı bu bəlalardan, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edə bilərdi. Yalnız Heydər Əliyev özünün uzaqgörən siyasəti və dərin zəkası ilə buna son qoya bilərdi.
Məhz bu səbəbdən də respublikamızın taleyini dərindən, narahatlıqla düşünən, tarixə 91-lər kimi düşmüş, bir qrup elm, mədəniyyət, incəsənət xadimi və ziyalı bu həqiqəti ifadə edərək 1992-ci ilin oktyabr ayının 16-da Yeni Azərbaycan Partiyasını yaratmaq və ona rəhbərliyi öz üzərinə götürmək xahişi ilə Heydər Əliyevə müraciət etdilər.
Müraciətdə deyilirdi: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiz... Biz həm öz adımızdan, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Həmin çətin günlərdə Heydər Əliyev xalqı darda qoymadı, ona arxa-dayaq oldu. Heydər Əliyev oktyabr ayının 24-də ziyalılara göndərdiyi cavabda yeni yaradılcaq partiyaya rəhbərlik etmək barədəki müraciəti qəbul etdiyini bildirdi.
Beləliklə, Yeni Azərbaycan Partiyasının yaranma prosesi başlandı və minlərlə insan taleyini bu partiya ilə bağlamaq arzusunu ifadə etdi.
1992-ci ilin soyuqlu-şaxtalı noyabr ayının 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının Ümumrespublika təsis konfransı keçirildi. Konfransda 40-a qədər rayon və şəhərdən 500-dən çox nümayəndə iştirak edirdi.
Heydər Əliyev Azərbaycanın nicat, qurtuluş və inkişaf yollarını göstərən tarixi nitq söylədi. Yeni Azərbaycan Partiyasının yarandığını elan etdi.
Xeyir-duasını Naxçıvandan alan Yeni Azərbaycan Partiyasının tez bir zaman ərzində bütün ölkədə yayılmış sədasına dərhal reaksiya verən rayonlardan biri də İsmayıllı rayonu, onun Heydər Əliyevə qəlbən bağlı olan və Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində diqqət və qayğısını hiss etmiş qədir bilən insanları oldu.
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı çox ağır şəraitdə yaranmışdı. O zaman iqtidarda olan “bəylər” Heydər Əliyev şəxsiyyəti qarşısında öz cılızlığını hiss edərək dərin qorxu içərisində təşkilatın yaranmasına mane olmağa çalışır və hər vasitə ilə təsis konfransının baş tutmasına əngəl törədirdilər. Lakin bütün bu hədə-qorxulara və qadağalara baxmayaraq 1993-cü ilin fevral ayının 27-də rayonun ovaxtkı, “Uşaq-Gənclər” kitabxanasının iclas zalında Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının çox yeksək səviyyədə təsis konfransı keçirildi və təşkilat yaradıldı.
Bu gün fəxrlə deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının yaradılması ideyası və onun ilk təşkilati işləri yaşadığım Quşencə kəndində həyata keçirilmişdir. Heç də təsadüfi deyil ki, təşkilatın təsis konfransının iştirakçılarının xeyli hissəsini Quşencə kəndindən gələn təəssübkeşlər təşkil edirdi. İlk yaranan ərazi ilk təşkilatı da Quşencə ərazi ilk təşkilatı olmuşdur.
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ərəfəsindəyik. Mən bu bayram münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, çox hörmətli, möhtərəm İlham Əliyev cənabları başda olmaqla, Yeni Azərbaycan Partiyasının bütün üzvilərini səmimi qəlbdən təbrik edir, partiyanın yaradıcısı və memarı olan ulu öndərimiz Heydər Əliyevin ideyalarının həyata keçirilməsi işində uğurlar arzulayıram.
Ramiz Ağayev,
YAP İsmayıllı rayon təşkilatının siyasi şurasının üzvü, YAP Quşencə ərazi ilk təşkilatının sədri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!