Tələbə həyatı İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecindən xəbərlər İdmançılarımız fərqləndilər » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Tələbə həyatı İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecindən xəbərlər İdmançılarımız fərqləndilər

Bildiyimiz kimi, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu inkişafın kökündə müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevin böyük rolu vardır. Son illərdə Respublikamız dünya miqyaslı idman oyunlarına ev sahibliyi edir. Bunun bariz nümunəsi kimi, Avropa qitəsində ilk dəfə olaraq Azərbayanda I Avropa oyunları və IV İslam Həmrəyliyi oyunlarının yüksək səviyyədə keçirildiyinin şahidi olduq.
Tələbə həyatı  İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecindən xəbərlər  İdmançılarımız fərqləndilər
Dövlətimizin yürütdüyü uğurlu gənclər siyasətinin nəticəsidir ki, idman uğurlarımız gündən-günə artır.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrindən - Qamət Şəfalı, Qəlbinur Salahlı, Natiq Bəkirli, Rəsmiyə Abdullazadə, Aysel Əmirova və Səbinə Məmmədovadan ibarət komanda idman müəllimi Seyran Abdullayevin rəhbərliyi ilə yüngül atletika üzrə orta ixtisas təhsili müəssisələri tələbələrinin XIII Respublika Spartakiadası yarışlarında iştirak etmək üçün 17 oktyabr tarixində Bakı şəhərinə ezam olundular. Yüksək səviyyədə təşkil olunmuş bu yarışda qızlardan və oğlanlardan ibarət yığma komandamız yüksək nəticə göstərərək I və II yerlərə layiq görüldülər. 100 metr məsafəyə qaçışda qızlarımızdan Səbinə Məmmədova, oğlanlarımızdan Qamət Şəfalı birinci oldular. Uzununa tullanma üzrə yarışda Qəlbinur Salahlı ikinci yeri tutdu.
Kollektivimiz adından yarışlarda uğurla iştirak edən idmançılarımızı, xüsusilə də qələbə qazanan tələbələrimizi təbrik edirik.
Kəmalə Süleymanlı,
kollecin direktoru
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter