• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Azərbaycan əsgəri

Azərbaycan əsgəri

Yazar Ismayilli
//
17 noyabr 2017
//
//
Oxunub 79
//
Yerin məhvərindən, göyün qatından,
Ulu babaların məğrur adından,
Vicdan dünyasından, qeyrət andından,
Qüvvət al, güc topla, çat muradına,
Əyilmək yaraşmaz sənin adına.
Azərbaycan əsgəri!
Azərbaycan əsgəri
Qəlbində od, gözlərində qığılcım,
İrəli get, təkcə sənsən əlacım.
Təpərli ol, a qardaşım, a bacım,
Qüdrətinlə titrət göyü, həm yeri,
Azərbaycan əsgəri!

Elə bax ki, düşmən donsun yerində,
Addımından daş çatlasın dərində.
Addımından xoşu gələr yerin də,
Cürətinlə titrət göyü, həm yeri,
Azərbaycan əsgəri!

Bu torpağın altı da dürr, üstü də,
Bas düşməni, möhkəm dayan üstündə.
Yax namərdi alovunda, tüstündə,
Nifrətinlə titrət göyü, həm yeri,
Azərbaycan əsgəri!

Sən ki haqsan, Tanrı haqqa köməkdir,
Haqqın özü - haqq işi, haqq deməkdir.
Dünya bilir bu nə qurğu, kələkdir,
Hikmətinlə titrət göyü, həm yeri,
Azərbaycan əsgəri!

Bir ucu Göyçəyə qaz səngərləri,
Girovda qalmasın Şuşa, Həkəri.
Sabahkı dünyamın qeyrətli əri,
Zəhmətinlə titrət göyü, həm yeri,
Azərbaycan əsgəri!

Koroğlum, nərə çək, bir dəli nərə,
Babəkim, qüvvət ver igidə, ərə!
Allahım, kömək ol, nər igidlərə,
Ulu torpaqları qaytarsın geri.
Hiddətinlə titrət göyü, həm yeri,
Azərbaycan əsgəri!
Sadiq Babaoğlu

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!