• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Lahıc qəsəbəsinin və ətraf kəndlərin əhalisi cənab Prezidentə minnətdarlıq ediblər

Lahıc qəsəbəsinin və ətraf kəndlərin əhalisi cənab Prezidentə minnətdarlıq ediblər

Yazar Ismayilli
//
19 oktyabr 2017
//
//
Oxunub 100
//
Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Lahıc qəsəbəsinin və ətraf kəndlərin əhalisi cənab Prezidentə minnətdarlıq ediblər
1. Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 5 oktyabr 2017-ci il

Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında

İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan nəzərdə tutulmuş 2017-ci il dövlət büdcəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinə İsmayıllı rayonunun Lahıc qəsəbəsində 400 şagird yerlik yeni ümumtəhsil məktəb binasının tikintisi üçün 3,5 milyon manat (üç milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşdirməni təmin etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 5 oktyabr 2017-ci il

Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında

İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılmasını təmin etsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 5 oktyabr 2017-ci il.

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!