• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Möhtərəm cənab Prezident!

Möhtərəm cənab Prezident!

Yazar Ismayilli
//
19 oktyabr 2017
//
//
Oxunub 42
//
Biz - Lahıc qəsəbəsinin və ətraf kəndlərin sakinləri Sizə dərin məhəbbətimizi, hədsiz minnətdarlığımızı bildiririk. Dünyada baş verən siyasi, iqtisadi böhranlara baxmayaraq, bənzərsiz rəhbərliyinizlə Azərbaycanı inamla, dəyanətlə yüksəlişə aparırsınız. Hər bir bölgəyə, xüsusilə İsmayıllıya böyük qayğı ilə yanaşırsınız. Bu diqqət və qayğının nəticəsi olaraq qəsəbəmizə qaz çəkilişi, məktəb tikintisi, Dəmirçi-Lahıc yolunun çəkilişi barədə Sərəncam verməklə qədim Lahıca yeni həyat bəxş etmisiniz, bütövlükdə Şirvan bölgəsini şərəfləndirmisiniz, həyatımıza, məişətimizə rahatlıq, təhsilimizə yeni yüksəliş gətirmisiniz. Lahıc Sizin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sayəsində Beynəlxalq miqyasda tanınır, misgərlik sənətimiz yeni təsdiqini tapır. Tariximiz, milli-mənəvi, dini, mədəni dəyərlərimiz Sizin ali rəhbərliyinizlə qorunur, yaşayır və zənginləşir.
Möhtərəm cənab Prezident!
Bizi xoşbəxt həyata qovuşdurduğunuza, Lahıca böyük dəyər verdiyinizə görə Sizə sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Xalqımızı daha xoşbəxt gələcəyə aparmaqda Allah Sizə yar olsun!

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!