• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Bizi sevindirən Prezidentimizi Allah sevindirsin

Bizi sevindirən Prezidentimizi Allah sevindirsin

Yazar Ismayilli
//
19 oktyabr 2017
//
//
Oxunub 107
//
Allaha şükr edərək, dövlətimizə minnətdar olaraq möhtərəm Prezidentimizin inamla yüksəlişə apardığı Azərbaycanın firavan zamanında layiqli bir ömür yaşayıram. 89 yaşım var. Bizi sevindirən Prezidentimizi Allah sevindirsin              Onun 60 ildən çoxunu pedaqoji işə sərf etmişəm. Müəllim olduğuma görə həmişə sevinmişəm. İndi isə sevincimin həddi-hüdudu yoxdur. Prezidentimiz, ölkəmizi Beynəlxalq aləmdə söz sahibi etmiş, Ulu öndərdən sonra milli taleyimizin məsuliyyətini öz üzərinə götürmüş çox hörmətli İlham Əliyev Lahıcada məktəb tikintisi, qaz və Dəmirçi-Lahıc yolu çəkilməsi barədə sərəncam verib. Qəsəbəmizə yeni həyat bəxş edib. Keçmişimizə, tariximizə, milli-mənəvi dəyərlərimizə, xalq sənətkarlığımıza, şəhərsalma mədəniyyətimizə, ümumilikdə camaatımıza böyük dəyər verib.
Lahıcın hərtərəfli inkişafı üçün bir vaxtda 3 sərəncam verilməsi tarixi hadisədir. Xalqa qayğının ən bariz nümunəsidir. Bu sərəncamlardan sonra sakinlərimiz məişət rahatlığı tapacaq, Lahıc və onun ətrafındakı kəndlər yeni inkişaf dövrünü yaşayacaq, gənc həmkarlarım daha müasir məktəbdə işləyəcək, şagirdlərimiz biliklərə daha mükəmməl yiyələnəcəklər. Dağ kəndlərinin boşalmasına son qoyulacaq. Bütün bunlara görə hörmətli cənab Prezidentimizə bütün Lahıc ağsaqqalları, ziyalıları adından ürəkdən minnətdarlığımı bildirirəm. Bizi sevindirən Prezidentimizi Allah sevindirsin.
Əbülfəz Həşimov,
Lahıc qəsəbə sakini, pensiyaçı müəllim

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!