• Ana səhifə |
Subscribe by RSS or RUS
» Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

Yazar Ismayilli
//
19 oktyabr 2017
//
---
//
Oxunub 36
//
Çox hörmətli Mehriban xanım!
Biz – bir qrup İsmayıllı şəhər sakini bu gün bir daha yəqin etdik ki, həyatımızın hər anında Sizin qayğınızın əhatəsindəyik, hörmətli prezidentimiz cənab İlham Əliyevin diqqətindəyik. Sizin birgə siyasətinizin nəticəsidir ki, yerli rəhbərlik daim əhalinin xidmətindədir, onu çətinlikdə qoymur.
Övladımıza kiçik toy etmək üçün elə bir imkanımız yox idi. Bunu bilən İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi və Rayon Mərkəzi Xəstəxanası bu missiyanı öz üzərinə götürdü. 15 uşaq xəstəxananın cərrahiyyə şöbəsində sünnət edildi. Onlara hədiyyələr verildi, şirniyyat süfrəsi açıldı. Valideynlər, doğmalar uşaqlarının bu gününə sevindilər. Sabahları üçün möhkəm zəmanət olduğuna bir daha inandılar.
15 ailəni, onlara bağlı neçə-neçə insanı sevindirmək böyük xeyirxahlıqdır. Bu səbəbdən Sizə minnətdarlığımızı bildirir, təşkilatçılara təşəkkür edirik. Bizi sevindirdiniz. Allah da Sizi sevindirsin!
Dərin hörmətlə:
Bir qrup İsmayıllı şəhər sakini

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!