• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı rayonunun Tircan kəndində qəbul keçirilib

İsmayıllı rayonunun Tircan kəndində qəbul keçirilib

Yazar Ismayilli
//
19 oktyabr 2017
//
//
Oxunub 83
//
Tarixi qədim, bugünü abad olan Tircan kəndi rayonun aqrar inkişafında əhəmiyyətli yer tutur. Rayon İcra Hakimiyyətinin rəhbərliyi buranın fəaliyyət prosesində yaranan problemlərinin vaxtında həlli üçün ardıcıl olaraq təminat yaradır.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun Tircan kəndində, İƏD-in inzibati binasında keçirdiyi qəbul da bu məqsəddən irəli gəlirdi.
İsmayıllı rayonunun Tircan kəndində qəbul keçirilib           Əməkdar mədəniyyət işçisi Aşıq Yanvar Bədəlov qəbula gəlişinin məqsədini açmamış M.Sadıqov bildirdi ki, sizin müalicə üçün köməyə ehtiyacınız olduğunu bilirəm. Yazılı müraciətiniz qəbul olunacaq və istəyiniz yerinə yetiriləcək.
Kəndin ağsaqqalları - Ələm Balaşov və Rauf Kazımov rayonda gedən səmərəli, gərəkli işlərə görə razılıqlarını bildirdilər, xahiş etdilər ki, magistral yoldan Tircana ayrılan hissəyə diqqət yetirilsin, gənclərə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi verilməsinə daha həssas yanaşılsın. Maçaxılı Mahir Alməmmədov kəndlərində elektrik transformatorunun aşağı gücdə olmasından və ümumilikdə elektrik təsərrüfatının köhnəlməsindən şikayətləndi.
Su təminatının yaxşılaşdırılması, pay torpaqlarına bir vaxtlar edilmiş müdaxilələrin aradan qaldırılması, içməli suyun laborator müayinəsindən keçirilməsi, əlillik qrupunun verilməsi və sair məsələlər barədə RİH-nin başçısına müraciətlər oldu.
Yerdəki təşkilatlara aid olan məsələlər barədə RİH-nin başçısı konkret tapşırıqlar verdi və icra vaxtı təyin etdi. Bəzi nazirlik və baş idarələrə məxsus problemlər barədə aid ünvanlara müraciət ediləcəyini bildirdi.
M.Sadıqov qəbula gələnlərə məsləhət bildi ki, pay torpaqlarını satmağa meyilli olmasınlar. Birləşib kooperativlər yaratmaqla daha çox, daha ucuz məhsul əldə etmək olar. Qüvvələr və torpaqlar, digər resurslar da bir araya gətirilməlidir ki, kənd təsərrüfatı istehsalı artsın. Vergilər verilməlidir ki, bələdiyyə də sosial problemlərin həlli üçün maliyyə imkanları əldə etsin.
Valeh Salehov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!