• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Aşıqbayramlıda səyyar qəbul

Aşıqbayramlıda səyyar qəbul

Yazar Ismayilli
//
19 oktyabr 2017
//
//
Oxunub 65
//
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov oktyabr ayının 11-də rayonun Aşıqbayramlı kəndində səyyar qəbul keçirib.
Aşıqbayramlıda səyyar qəbul
Qəbulda kənd sakini Şövkət İbadova və Bayram Babayev içməli su problemindən, Simuzər Ağakişiyeva mənzil şəraitinin yaxşılaşdırılmasından, Həyat Ağayeva əkin sahəsinə görə subsidiya ala bilməməsinə köməklik göstərilməsindən, Firdovsi İsmayılov Qarakolluq kəndində körpü qurulması məsələsindən, Nailə Hacıyeva kənddə fəaliyyət göstərən tibb məntəqəsinin inzibati binada olmamasından söz açıblar.
Problemləri dinləyən RİH-nin başçısı M.Sadıqov əlaqədar müəssisə rəhbərinə problemlərin həlli ilə bağlı tapşırıqlar verib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!