• Ana səhifə |
Subscribe by RSS or RUS

Təbrik edirik

Yazar Ismayilli
//
19 oktyabr 2017
//
//
Oxunub 87
//
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisinə Əməkdar müəllim fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.
Təbrik edirik
Təbrik edirik        Fəxri ad alanlar sırasında İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Ağayeva Dürdanə Şamil qızının da adı vardır.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Mahmudova Ruhiyyə Qürbət qızının da adı təltif olunanlar sırasındadır.

Ağayeva Dürdanə Şamil qızını və Mahmudova Ruhiyyə Qürbət qızını yüksək ada layiq görülmələri münasibəti ilə təbrik edir, onlara oxucularımızın və rayon ictimaiyyətinin adından cansağlığı, şərəfli və məsuliyyətli işlərində yeni-yeni nailiyyətlər arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!