• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ənənələr qorunur, mövcud duruma nəzarət olunur

Ənənələr qorunur, mövcud duruma nəzarət olunur

Yazar Ismayilli
//
19 oktyabr 2017
//
//
Oxunub 202
//
İsmayıllı rayonunun Diyallı kəndində “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbənin əməkdaşı Elnur Mehdiyev, Diyallı kənd məscidi dini icmasının üzvləri və kənd sakinləri iştirak ediblər.
Ənənələr qorunur, mövcud duruma nəzarət olunur        Rayon İcra Hakimiyyəti başçısının birinci müavini R.Ağayev mövcud dini durum və bu sahədə görülmüş işlər barədə məlumat verib. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji xətt nəticəsində Azərbaycan dünyada ən tolerant ölkə, müxtəlif dinlərin birgə fəaliyyət göstərdiyi məkan kimi tanınır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev də tədbirdə çıxış edib.
E.Mehdiyev bildirib ki, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyara çevrilib.
Qeyd olunub ki, son illər ölkəmizdə bu mövzuda müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində respublikamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.
Tədbirdə çıxış edənlər həmişə dövlətçiliyə, dini və milli adət-ənənələrə sadiq olan İsmayıllıda tam dini sabitliyin olduğunu vurğulayıb, Azərbaycandakı dünyaya nümunə olan tolerantlıq mühitinin qorunması məqsədilə radikal elementlərin, ekstremist fikirlərin, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin yayılmasının qarşısının alınmasının daim nəzarətdə saxlanıldığını bildiriblər.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!