• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Peşə Tədris Mərkəzində monitorinq keçirilib

Peşə Tədris Mərkəzində monitorinq keçirilib

Yazar Ismayilli
//
18 oktyabr 2017
//
//
Oxunub 40
//
6 noyabr 2017-ci il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Peşə Təhsili Üzrə Dövlət Agentliyi və Avropa İttifaqının Təhsilə Dəstək Proqramı çərçivəsində monitorinqi keçirilib.Peşə Tədris Mərkəzində monitorinq keçirilib
Peşə Tədris Mərkəzində monitorinq keçirilib
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini M.Məhərrəmov və məktəbin direktoru Z.Muradov qonaqları rayon rəhbərliyi adından salamlayıb, keçiriləcək monitorinqin nəticələrinin uğurlu olacağını diqqətə çatdırıblar. Monitorinqin məqsədi “İşəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası və təhsil müəssisələrinin müasirləşdirilməsi” yönündə Fəaliyyət Qrantlarının təhlili olub. Monitorinqin gündəliyinə daxil olan məsələlər əsasən “İsmayıllı Peşə Tədris Mərkəzinin təcrübəsindən nəyi öyrənə bilərik?” mözusunda təqdimat, peşə təhsili müəssisəsinin inkişaf planının təhlili, inkişafın qiymətləndirilməsində tətbiq olunan meyarların müzakirəsini əhatə edib. Monitorinqdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Pərviz Yusifov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə Təhsili müəssisələrinin idarə edilməsi şöbəsinin müdiri Amil Əlili, Agentliyin Maliyyə və Təsərrüfat şöbəsinin müdiri Vilayət Hüseynov, Peşəyönümü və işəgötürənlərlə iş şöbəsinin müdir müavini Nigar İsmayılzadə, Böyük Britaniya Konsulluğundan İlham Yusifov, Alman Əməkdaşlıq Təşkilatının direktoru Sonia Fontaine və ekspert Martin Guedelhoefer, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin meneceri Marion Mitschke, Avropa İttifaqının Azərbaycanda dəstək proqramının komanda rəhbəri Herman Sonneveld, Avropa Təlim Fondunun mütəxəssisi Marqareta Nikolovska və basqaları iştirak ediblər.
Seminarın moderatoru rolunda çıxış edən xanım Marqareta Nikolovska qeyd edib ki, Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə aparılan müxtəlif müzakirələr zamanı İsmayıllı Peşə Tədris Mərkəzinində tələbələr üçün keyfiyyətli Peşə Təhsili və Təlimi imkanlarının təmin edilməsi nailiyyəti bizim üçün xüsusi önəm daşıyır. Fürsətdən istifadə edərək bu təcrübələr haqqında daha ətraflı məlumat əldə etmək, eləcə də İsmayıllı PTM ilə bundan sonra da daha sıx əlaqələr qurmaq istərdik.
Tədbirin sonunda əməkdaşlığın davamlı olması, eləcə də Peşə Təhsili və Təlimi Strategiyasının inkişaf etdirilməsi yönündə əməli işlərin vacibliyi barədə qərarlar qəbul edilib.
Murad Məhərrəmov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!