• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Tələbə həyatı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecindən xəbərlər Təşkilatın yeni tərkibi seçilib

Tələbə həyatı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecindən xəbərlər Təşkilatın yeni tərkibi seçilib

Yazar Ismayilli
//
18 oktyabr 2017
//
//
Oxunub 216
//
30 sentyabr 2017-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinində yeni yaradılmış Tələbə Gənclər Təşkilatının İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehovun iştirakı ilə tədbir keçirilib.
Tələbə həyatı  İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecindən xəbərlər    Təşkilatın yeni tərkibi seçilib
Tədbirdə kollecin direktoru Kəmalə Süleymanlı, direktor müavinləri, əyani şöbə müdiri, metodist, fənn birləşmə komissiya sədrləri və müəllimlər də iştirak ediblər. Tədbiri giriş sözü ilə direktor K.Süleymanlı açıb. O, müasir dövrün gəncləri qarşısında duran vəzifələrdən, təhsillə əməyin vəhdətindən, gənclərin müstəqil həyat vərdişlərinə hazırlığından, onların cəmiyyətdə layiqli vətəndaş kimi yer tuta bilmələri üçün vacib olan məsələlərdən danışıb. Direktor İsmayıllıda Kollecin ən böyük gənclər mərkəzi olduğunu vurğulayıb.
T.Salehov çıxış edərək kollecin Tələbə Gənclər Təşkilatının rayon Gənclər və İdman İdarəsi ilə sıx əməkdaşlığının mahiyyət etibarı ilə əhəmiyyəti barədə geniş açıqlama verib.
Kollecin əyani şöbə müdiri Azad Şahalıyev Tələbə Gənclər Təşkilatının sədrini və yeni yaradılmış beş istiqamət üzrə bölmə sədrlərini və üzvləri tədbir iştirakçılarına təqdim edib.
Tədbirdə iştirak edənlər yeni yaradılmış təşkilat üzvlərinə tövsiyyə və məsləhətlərini verərək onlara gələcək işlərində uğurlar arzulayıblar. Tələbə Gənclər Təşkilatı qarşısında duran əsas vəzifələr - tələbələrin asudə vaxtlarının təşkili, mədəni və əxlaqi dəyərlərin, dövlətçiliyin qorunması, qanunlara hörmət və tədris səviyyəsinin yüksəldilməsi, tələbələr arasında nizam-intizam və sair məsələlər əsas prioritet istiqamətlər kimi müəyyən edilib.
Əlirza Hüseynov,
Tələbə Gənclər Təşkilatının sədri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!