• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Mövzu Vətən sevgisi olub

Mövzu Vətən sevgisi olub

Yazar Ismayilli
//
18 oktyabr 2017
//
//
Oxunub 37
//
Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu kəndində “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “İslamda vətən sevgisi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Mövzu Vətən sevgisi olub
Tədbirdə İsmayıllı RİH-nin nümayəndəsi Bəhruz Xələfov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov, RPŞ-nin nümayəndəsi Rahim Orucov, Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov, dini icma üzvləri, müəllimlər, şagirdlər və kənd sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli İslam dinində Vətənə, torpağa bağlılığın əhəmiyyətindən və Vətən sevgisinin müqəddəsliyindən bəhs edib.
İsmayıllı RİH-nin nümayəndəsi Bəhruz Xələfov dinimizə görə Vətəni qorumaq müqəddəsdir deyib və İslamda şəhidliyin mahiyyətindən danışıb.
Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov cəmiyyətdə, xüsusən də gənclər və yeniyetmələrə Vətən sevgisinin aşılanmasının zəruri olduğunu vurğulayıb, torpaqlarımız uğrunda şəhid olan qəhrəmanlarımızın həyatından nümunələr gətirib.
Mövzu ilə bağlı DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərovun çıxışı dinlənilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına Dövlət Komitəsi tərəfindən çap edilmiş dini məzmunlu kitablar paylanılıb.
E.Mehdiyev

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!