• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Təşəkkür məktubu

Təşəkkür məktubu

Yazar Ismayilli
//
18 oktyabr 2017
//
//
Oxunub 52
//
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbinin direktoru Etibar Abulova təşəkkür məktubu ünvanlayıb. Məktubda məktəbin pedaqoji kollektivi Beynəlxalq Müəllim Günü münasıbəti ilə təbrik olunur. Həmçinin qeyd olunur ki, məktəbin məzunu Nurlan Məmmədov 685 balla BANM-ın tələbəsi adını qazanıb.
Məzunun belə uğurlu nəticə göstərməsi sizin və müəllimlərinizin fədakar əməyinin nəticəsidir. Ümid edirəm ki, ali məktəbi bitirərək ölkəmizin gələcək inkişafına dəyərli töhvələr verəcəkdir. Nümunəvi gənclər yetişdirdiyinizə görə sizə və rəhbərlik etdiyiniz məktəbin pedaqoji kollektivinə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə: E.Qasımov,
Bakı Ali Neft Məktəbinin rektoru

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!