• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllıda regional cüdo yarışı

İsmayıllıda regional cüdo yarışı

Yazar Ismayilli
//
18 oktyabr 2017
//
//
Oxunub 130
//
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Respublika Cüdo Federasiyasının təşkilatçılığı ilə İsmayıllı Olimpiya-İdman Kompleksində Şimal zonası üzrə regional Cüdo yarışı keçirilir. İsmayıllıda regional cüdo yarışı
İsmayıllıda regional cüdo yarışı         Yarışda Oğuz, Qəbələ, Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarının 2001-2003 və 2004-2006-cı il təvəllüdlü yeniyetmə idmançıları iştirak edirlər.
Federasiyanın nizam-intizam komitəsinin sədri Ruzbeh Vəliyev yarışın açılış mərasimində çıxış edib, idmançıları salamlayıb və yaratdığı şəraitə görə rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi Murad Məhərrəmov, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Olimpiya İdman-Kompleksinin direktoru Tofiq Hümbətov çıxış edib, İsmayıllıda bütün növ idman yarışlarının və təlim məşq toplantılarının keçirilməsi üçün yaradılan nümunəvi şəraitdən, rayon idmançılarının uğurlarından danışıb və idmançılara uğurlar arzulayıblar.
Yarışların baş hakimi, Federasiyanın hakimlər komitəsinin üzvü, Beynəlxalq dərəcəli hakim Arzu Acalova yarışın başlandığını bildirib. İlk döyüşdə İsmayıllı cüdoçusu qalib gəlib.
Yarışlar iki gün davam edəcək.
"İsmayıllı xəbərləri"

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!