• Ana səhifə |
Subscribe by RSS or RUS
» » 2017-ci ilin oktyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə Y A D D A Ş

2017-ci ilin oktyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə Y A D D A Ş

Yazar Ismayilli
//
17 oktyabr 2017
//
//
Oxunub 30
//
2017-ci ilin sentyabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları

• Əlavə dəyər vergisi bəyannaməsi,
• Aksiz bəyannaməsi,
• Yol vergisi bəyannaməsi,
• Mədən vergisi bəyannaməsi,
2017-ci ilin oktyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə Y A D D A Ş
• Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
• Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
cari ilin oktyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
* Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi
cari ilin oktyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
2017-ci ilin 3-cü rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları
* Sadələşdirilmiş verginin bəyannaməsi və
* Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
cari ilin oktyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
* Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) cari ilin oktyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və sentyabr ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edirlər).
* Xüsusi notariusların gəlir vergisi bəyannaməsi cari ilin oktyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və sentyabr ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidirr.
* Dövlət rüsumu haqqında hesabat cari ilin oktyabr ayının 20-dək vergi orqanına təqdim edilməlidir; notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir.
Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən
2017-ci ilin 3-cü rübü üzrə hesablanmış cari ödəmələr oktyabr ayının 16-dan gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

***
Bəyannamələr müəyyən edilən müddətdə təqdim edilmədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).
Hörmətli vergi ödəyiciləri, Bəyannamələrinizi və bəyannamələr üzrə hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz. Bununla vaxtınıza qənaət etmiş olarsınız.

(2017-ci ilin sentyabr ayının 24-ü, oktyabr ayının 1-i, 8-i və 15-i tarixlərində efirə gedəcək “İqtisadi Zona” verlişi üçün elan - Vergi Təqvimi)

Vergi ödəyicilərinin nəzərinə!

Gəlir və mənfəət vergisi üzrə cari ödəmələrin son müddəti 16.10.2017-ci ildir.
* ƏDV, Aksiz, Yol və Mədən vergisi üzrə bəyannəmələrin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 20.10.2017-ci ildir.
* Sadələşdirilmiş vergi bəyannəməsinin təqdim edilməsinin və verginin ödənilməsinin son müddəti 20.10.2017-ci ildir.
* Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş vergi bəyannəməsinin təqdim edilməsinin son müddəti 20.10.2017-ci ildir.
* ƏDV-nin ödəyicisi olmayan Gəlir və və Mənfəət vergisinin ödəyicilərinin Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan rüblük vergi bəyannəməsinin təqdim edilməsinin və verginin ödənilməsinin son müddəti 20.10.2017-ci ildir.
* Ödəmə mənbəyində tutulan vergi bəyannəməsinin təqdim edilməsinin və verginin ödənilməsinin son müddəti 20.10.2017-ci ildir.
* Xüsusi notariusların gəlir vergisi bəyannaməsinin təqdim edilməsinin və verginin ödənilməsinin son müddəti 20.10.2017-ci ildir.
* Dövlət rüsumunun tutulması barədə hesabatın təqdim edilməsinin son müddəti 20.10.2017-ci ildir.

(2017-ci ilin sentyabr ayının 24-ü, oktyabr ayının 1-i, 8-i və 15-i tarixlərində tarixində efirə gedəcək “İqtisadi Zona” verlişi üçün elan - Vergi Təqvimi)

Elan

Vergi ödəyicilərinin nəzərinə!
20.10.2017-ci il tarixi aşağıdakı vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür:
* Əlavə dəyər vergisinin bəyannaməsi
* Xüsusi notariusların Gəlir vergisi bəyannaməsi
* Sadələşdirilmiş verginin (o cümlədən daşınmaz əmlakın təqdim edilməsi və pul vəsaitlərinin nağd çıxarılması üzrə) bəyannəməsi
* Aksiz bəyannaməsi
* Yol vergisi bəyannaməsi
* Mədən vergisi bəyannaməsi
* Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (ƏDV və sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) bəyannaməsi
* Ödəmə mənbəyində (o cümlədən uduş və mükafatlardan) tutulan vergi bəyannaməsi
* Dövlət rüsumunun tutulması barədə hesabat.

Müğənniliklə məşğul olan vergi ödəyicisilərinin nəzərinə!

BİLDİRİŞ-MÜRACİƏT

Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.
Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərin ödənilməsi, gəlir və xərclərin uçotunun aparılması, vergi hesabatlarının təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.
Eyni zamanda, vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməyən, o cümlədən vergini hesabatda göstərilməli məbləğə nisbətən azaldan və büdcəyə çatası vergi məbləğini hesabat təqdim etməməklə vergidən yayınan şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri tətbiq edilir.
Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanı məhkəməyə müraciət etmək hüququna malikdir.
Digər tərəfdən, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən isə xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınma cinayət əməli hesab olunur.
Xatırladırıq ki, təqdim etdiyiniz bəyannamələrdə gəlirləriniz barədə müvafiq məlumatları düzgün əks etdirmədiyiniz halda, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlardan istifadə edilməklə müəyyənləşdirilmiş faktiki gəlir məbləğləri təqdim olunmuş bəyannamələrin göstəriciləri ilə üzləşdiriləcək və vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla şəxsi vərəqənizə bərpa olunacaqdır.
Odur ki, fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməklə vergi öhdəliklərinizi vaxtında və tam şəkildə yerinə yetirməyiniz Sizə tövsiyə olunur!
Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin 195 (1) nömrəli Çağrı Mərkəzinə (iş günləri saat 9:00-dan 18:00-dək) 10 saylı Ərazi Vergilər İdarəsi Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
10 saylı Ərazi Vergilər İdarəsi




Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!