• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Yazar Ismayilli
//
20 sentyabr 2017
//
//
Oxunub 82
//
Möhtərəm cənab Prezident!
Xatirəsi hər bir azərbaycanlının qəlbində özünə əbədi yer tutan xalqımızın böyük xilaskarı ulu öndər Heydər Əliyevin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərdiyi qayğıdan hərtərəfli bəhrələnən insanların bir qismi də bizik: - İsmayıllı şəhəri M.F.Axundov 34 A ünvanında yerləşən 27 mənzilli binanın sakinləri. Həmin bina 2003-cü ilin oktyabr ayında ulu öndərin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikilib istifadəyə verilmişdir. Bizim üçün unudulmaz tarixə çevrilən həmin açılış mərasimində Sizin şəxsən iştirak etməyiniz, mənzillərin order və açarlarının tərəfinizdən bina sakinlərinə paylanması ikiqat bayrama çevrildi.
Bu ilin yaz aylarında əsən güclü külək binanın dam örtüyünü qopararaq yararsız hala salmışdı. Bununla bağlı rayon İcra Hakimiyyətinə müraciət etdik və qısa zaman ərzində İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun tapşırığı ilə komissiya yaradıldı və binanın təmirinə başlandı. Dam örtüyü ilə bərabər binanın fasadı və giriş blokları da əsaslı surətdə təmir olunaraq yenidən sakinlərin istifadəsinə verildi. Həmçinin, binanın həyətində tikilmiş mərasim evi və istirahət guşəsi də təmir olundu.
Biz - Qarabağ əlilləri və şəhid ailələri bir daha əmin olduq ki, arxamızda qayğıkeş Prezidentimiz var.
Ermənistanda hərbi-siyasi rejimin əməllərinə qarşı etiraz edən əsgər analarını prezident iqamətgahının qabağında sürüdükləri halda Azərbaycan Prezidenti və Birinci Vitse-prezidenti Mehriban xanım şəhid ailələrini yüksək səviyyədə, böyük hörmət və izzətlə qəbul edir, onların dərdini bölüşür, ən xırda problemlərinin həllinə yardımçı olur, hospitallarda müalicə olunan yaralı döyüşçülərə baş çəkir, onların müalicə olunaraq sağalmasına yardımçı olurlar.
Belə siyasi rəhbəri olan dövlət yenilməzdir. Belə qayğıkeş rəhbəri olan xalq xoşbəxtdir.
Hörmətli cənab Prezidentimiz!
Bir daha bizlərə göstərilən qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk!
Allah Sizi qorusun!
Dərin hörmətlə:
İsmayıllı şəhərində yaşayan bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!