• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Bilik günü”

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Bilik günü”

Yazar Ismayilli
//
20 sentyabr 2017
//
//
Oxunub 144
//
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci “Bilik günü”nü əsaslı surətdə təmir və təlimin təşkili tələblərinə uyğun təchiz olunmuş, dövlət təhsil siyasəti və ideologiyası əsasında tərtib edilmiş binanın önündə qarşılayıb.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Bilik günü”
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Bilik günü”
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Bilik günü”
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Bilik günü”
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Bilik günü”
“Bilik günü”nə həsr olunmuş təntənəli tədbiri açan kollecin direktoru Kəmalə Süleymanlı qeyd edib ki, bütün əvvəlki illərdən fərqli olaraq builki “Bilik günü”nü dövlət təhsil siyasətinin təntənəsi, Prezident İlham Əliyevin təhsilə, onun təkmilləşməsi və inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi kimi daha yüksək əhval-ruhiyyə ilə qeyd edirik. Dövlətimizə, onun başçısına dərindən minnətdarlığımızı bildiririk. Kollecin açılmasında və indiki müasir səviyyəyə gətirilməsində əməyi olanlara təşəkkür edirik.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov “Bilik günü” münasibəti ilə Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrini və pedaqoji heyətini səmimiyyətlə təbrik edib, onlara yeniləşmiş, müasirləşmiş şəraitdə yeni-yeni uğurlar arzulayıb. O, kollecin bugünkü durumunu, onunla yanaşı İsmayıllı Peşə Tədris Mərkəzinin səmərəli fəaliyyyətini dövlət təhsil siyasətinin uğuru kimi dəyərləndirib, fasiləsiz təhsilin təşkilində onların əhəmiyyətli rol oynadığını bildirib.
Mirdaməd Sadıqov çıxışında onu da qeyd edib ki, İsmayıllıda kollecin açılması ölkə rəhbərliyinin rayona verdiyi dəyər kimi qəbul olunub, onun problemlərinin həllinə də bu mövqedən yanaşılır. Ümid edirik ki, kollecin pedaqoji kollektivi və rəhbərliyi yaxşı mütəxəssis yetişdirməyi həmişə əsil vətəndaş tərbiyə etməklə vəhdətdə götürməli, Azərbaycana layiq vətəndaş olmağı, Vətəni sevməyi, onu məsləkə, əqidəyə çevirməyi gənclərə təlqin etməlidir.
Digər çıxışlardan sonra Mirdaməd Sadıqov RİH başçısının müavini Sevil Əhmədova, direktor Kəmalə Süleymanlı ilə birgə əsaslı təmirdən çıxmış auditoriyalara, nəfis şəkildə tərtib olunmuş foyelərə, komputer sinfinə və kitabxanaya baxıb, məsləhətlərini verib.
Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü, Əməkdar elm xadimi Misir Mərdanov Uşaq Yaradıcılıq Mərkəzinin akt zalında kollecin tələbə və müəllimləri qarşısında “Azərbaycanın təhsil tarixi” mövzusunda məruzə ilə çıxış edib. Bununla da “Bilik günü”nə həsr olunmuş tədbir başa çatıb.

***
Qeyd edək k, rayonun bütün məktəblərində yeni dərs ilinin başlaması münasibəti ilə tədbirlər keçirilib. Müəllimlərə, eləcə də şagirdlərə təhsil uğurları arzulanıb.
Rayonun ümumtəhsil məktəblərində ilk dərs “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.
Azər Bədəlov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!