• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Yeni xeyirxah əməl

Yeni xeyirxah əməl

Yazar Ismayilli
//
20 sentyabr 2017
//
//
Oxunub 37
//
smayıllı Rayon İcra Hakimiyyəti müntəzəm olaraq müxtəlif forma və məzmunlu humanitar aksiyalar keçirir, aztəminatlı ailələri və onların məktəbli uşaqlarını diqqətdə saxlayır, sosial həyatları və fəaliyyətlərinə yardımçı olur.
Yeni xeyirxah əməl               Xalqın xidmətçisi olmaq tapşırığını məsuliyyətlə icra edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yeni dərs ili ərəfəsində bu sıradan daha bir xeyirxah əməli həyata keçirib. Bir qrup aztəminatlı, Qarabağ müharibəsi əlili və şəhid ailəsinin uşaqlarına rayon İcra Hakimiyyətində məktəbli forması təqdim olunub.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova uşaqlara məktəbli forması ilə birgə sevinc bəxş edib. “Bilik günü” münasibətilə valideynləri və uşaqları Mirdaməd Sadıqovun adından təbrik edib.
Valideynlər yetişən nəslə göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq, RİH-nin başçısına xeyirxah əməlinə görə təşəkkür ediblər.
Valeh Salehov,
Dövlət qulluğu veteranı

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!