• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Rahat yaşamaq təbii arzudur

Rahat yaşamaq təbii arzudur

Yazar Ismayilli
//
20 sentyabr 2017
//
//
Oxunub 128
//
Diqqət çəkən haldır ki, ölkənin paytaxtında, şəhər və rayonlarındakı inkişafı, infrastruktur yeniliklərini görən kənd sakinləri də rahat yaşamaq, gördüklərinin yaşadıqları məntəqələrdə də olması arzusundadırlar. Keçirilən əksər görüş-qəbullarda söhbət məhz bu çərçivədə gedir. Əlbəttə, bu təbii haldır və təqdirəlayiqdir. Rahat yaşamaq təbii arzudur
Avqust ayının 24-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun Topçu kəndində vətəndaşlarla keçirdiyi səyyar qəbulda qaldırılan məsələlərdən bəlli oldu ki, ərazidə ictimai əhəmiyyət daşıyan problemlər üstünlük təşkil edir.
Kənd sakini Mənsurə Vəliyeva yaşadığı məhəllədə elektrik transformatorunun aşağı gücdə olmasından, Xalid Əsgərov kənd daxilində telefon xətlərinin tez-tez qırılmasından söz açdı. Seymur Seyidov kənd ərazisində ekoloji parkın yaradılması təklifini irəli sürdü. Şəfa Məmmədov kənddə qazılmış artezian quyusunun çıxan suyun anbarlaşdırılıb evlərə paylanması məsələsinə toxundu.
Qəbulda şəxsi problemlər də diqqətə qatdırıldı. Belə ki, Fəda Məmmədov ona verilmiş pay torpağın sənədində qeyri-obyektivlik olduğundan, Rəvan Quliyev bələdiyyə sədrinin fəaliyyətindən gileyləndi. Maxsud Quliyev və Məlahət Quliyeva müalicələri üçün maddi köməklik göstərilməsini, Bahadur Məmmədov hərbi xidmətdən tərxis olunmuş oğlunun işlə təmin olunmasını xahiş etdi.
Kənd sakini Azər Məmmədov rayonda aparılan quruculuq işlərinə görə ölkənin və rayonun rəhbərliyinə minnətdarlıq etdi. Bununla bərabər kəndin içindən axan su arxının təmizlənməsini, kənddə yeni ATS binasının tikilməsini vacib məsələ kimi diqqətə çatdırdı.
Səmimi işgüzarlıq şəraitində keçən qəbulda qaldırılan məsələlər qeydiyyata alındı və onların həlli ilə bağlı aidiyyəti müəssisə və qurumların məsul şəxslərinə tapşırıqlar verildi.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!