• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Gənclərin başlıca arzusu fərdi ev tikməkdir

Gənclərin başlıca arzusu fərdi ev tikməkdir

Yazar Ismayilli
//
20 sentyabr 2017
//
//
Oxunub 128
//
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov avqust ayının 24-də rayonun Qurbanəfəndi kəndində sakinlərlə səyyar qəbul keçirib.
Səyyar qəbulların keçirilməsində başlıca məqsəd əhalini narahat edən problemləri yerindəcə araşdırmaq və həll etməkdən ibarətdir.
Gənclərin başlıca arzusu fərdi ev tikməkdir            Həmin gün başçının qəbulunda olan kənd sakini Vaqif Qarayev qızının adına olan torpaq sahəsində başqa şəxsin ev tikməyə başladığını bildirib və bu məsələnin qanunauyğun şəkildə araşdırılmasını xahiş edib.
Kənd sakini Məlahət Əsədova həyat yoldaşının ikinci qrup əlil olduğunu söyləyib. Bununla bərabər bildirib ki, əri həmkəndlisi tərəfindən döyülərək xəsarət alıb. Qəbula gəlməkdə məqsədi hadisənin düzgün araşdırılmasını xahiş etməkdir.
Elnur Qurbanov RİH-nin başçısından ona həyətyanı torpaq sahəsi verilməsində köməklik göstərilməsini xahiş edib. Elnurə Səfərova da başçıya eyni xahişlə müraciət edib. Onu da bildirib ki, həyat yoldaşı vəfat edib. İki övladı var. Ailəni saxlamaqda çətinlik çəkir. Sosial yardım almaq üçün müraciət edib. Lakin istəyi nəticəsiz qalıb.
Topçu kənd sakini Şəfa Səfərov qurbanəfəndili qızla ailə qurduğunu və fərdi yaşayış evi olmadığından həyat yoldaşının atası tərəfindən Qurbanəfəndiyə, ata evinə gətirilməsindən gileylənib, ailənin bərpası üçün köməklik göstərilməsini xahiş edib.
Kənd sakini Həbib Rəhimov ikinci qrup əlil olduğunu diqqətə çatdırıb və maddi yardım ala bilməsinə köməklik göstərilməsini xahiş edib.
Kənddəki əksər gənclər kimi, problemləri fərdi ev tikmək üçün torpaq sahəsinin olmamasında görən Eldar Novruzov da torpaq sahəsi alıb, ev tikmək arzusunda olduğunu bildirib.
Keçirilən qəbula görə RİH-nin başçısı M.Sadıqova qəbula gələnlər adından minnətdarlıq edən kənd sakini Cavad Qarayev kəndin bir hissəsində elektrik xətlərinin kabelləşdirildiyini söyləyib və bu işin kənddə tam aparılmasına köməklik göstərilməsini vacib sayıb.
Şahməmməd Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!