• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Növbəti vəzifələr müzakirə edilib

Növbəti vəzifələr müzakirə edilib

Yazar Ismayilli
//
20 sentyabr 2017
//
//
Oxunub 100
//
İsmayıllı təhsil sistemində 1514 nəfər müəllim çalışır. Onların 12 nəfəri Əməkdar müəllim fəxri adına, 9 nəfəri “Tərəqqi” medalına layiq görülüb. Diaqnostik qiymətləndirmədə 1279 müəllim iştirak edib. Qiymətləndirmə 39,3 balla nəticələnib. Bu da müqayisədə daha fərqli göstərici hesab edilir. 12 nəfər pedaqoq “Ən yaxşı müəllim”, 22 tam orta məktəb “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub.Növbəti vəzifələr müzakirə edilib
Növbəti vəzifələr müzakirə edilib
Növbəti vəzifələr müzakirə edilib           2016-2017-ci tədris ilinin 3 məzunu qızıl, 1 məzunu gümüş medal alıb. Lahıc qəsəbə tam orta məktəbinin şagirdi Vahab Cəbrayılov 700, 6 saylı tam orta məktəbin şagirdi Murad Ağazadə 695 bal toplayıb. 500-600 və 600-dən çox bal toplayanların sayı da əvvəlki ilə nisbətən artıb.
Bilavasitə rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü və hərtərəfli dəstəyi ilə uğurlara həsr olunmuş Təhsil bayramı keçirilib, layiq olan hər bir şagird və müəllim yüksək səviyyədə mükafatlandırılıb, dəyərləndirilib.
Bütün bunlar təhsil nailiyyətləri və təhsil sistemində qalan problemlər barədə müəllimlərin 7 sentyabr 2017-ci il tarixdə keçirilən konfransında Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun məruzəsində əksini tapıb.
Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov, 1 saylı tam orta məktəbin ingilis dili müəllimi Ruhiyə Mahmudova, 700 bal toplayan Vahab Cəbrayılovun anası, Lahıc qəsəbə tam orta məktəbinin ibtidai sinif müəllimi Günay Cəbrayılova, Qubaxəlilli tam orta məktəbinə yenicə təyinat almış tarix müəllimi Rahim Mehdiyev, əməkdar müəllim Humay Talıbova, 3 saylı məktəb-liseyin direktor müavini Sevda Qasımova çıxış ediblər.
Xankəndi tam orta məktəbinin qızıl medallı məzunu Cəmilə Məmmədovanın çıxışı sürəkli alqışlara səbəb olub. O deyib ki, mən xüsusi olaraq əlavə hazırlığa getməmişəm, öz potensialıma arxalanıb müəllimlərimin əməyi sayəsində bu nəticələri əldə etmişəm. Minnətdaram Prezidentimizə ki, təhsilimiz üçün belə şərait yaradıb. Minnətdaram icra başçısına ki, bizim kiçik şagird əməyimizə belə böyük qiymət verir.
Müəllimlərimə və valideynlərimə minnətdaram.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevanın çıxışının qırmızı xəttini təşkil edən o fikir oldu ki, məktəblərimiz, müəllimlərimiz tək təhsil göstəriciləri ilə yox, əsil vətəndaş, əsil ata, ana yetişdirməklə öyünməlidirlər. Müharibə gedən bir ölkədə belə yüksək nəticələrə çatmağımız dövlətimizin, Prezidentimizin qüdrətini sübut edir.
Konfransda Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov çıxış edib, dərs ilinin başlanması ilə əlaqədar məsləhətlərini verib.
Seçiciləri ilə həmişə bir yerdə olan millət vəkili Novruzəli Aslanov çıxışında deyib ki, konfransda tək uğurlardan yox, problemlərdən, onların həlli yollarından danışılır. Bu təqdir olunan haldır. Millət vəkili mərhəmət yolunda olduğu üçün təhsilini davam etdirməkdə imkanlı adamların da gənclərə mərhəmətli yanaşmasını istəyib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əhatəli, təhlili çıxışı ilə İsmayıllı müəllimlərinin bir illik fəaliyyətinə, uğurlarına yüksək qiymət verib. Həm də qeyd edib ki, təhsil və tərbiyənin vəhdətinin pozulmaması çox vacibdir. Yetişən nəsillərə müəllimlər bilik verməklə yanaşı, həm də onları yaxşı əməl sahibləri kimi, xeyirxah, yaxşını, yaxşılığı yaxşı görmək qabiliyyətində yetişdirsinlər. Onlara göstərilən qayğını dəyərləndirə bilsinlər. Kütləvi informasiya vasitələrində, yaşayış yerlərində, qonşuluqda, məktəbdə qanun pozuntusuna yol verən gənc varsa, məktəbin də burada nöqsanlı fəaliyyəti üzə çıxır. Təhsil Azərbaycan həyatının güzgüsü səviyyəsində olmalıdır.
Mirdaməd Sadıqov, Novruzəli Aslanov və Əhliyyət Adıgözəlov sonda Qızıl və Gümüş medalları məzunlara, Təhsil Nazirliyinin təltiflərini fərqlənən müəllimlərə təqdim ediblər.
Valeh Salehov,
veteran jurnalist

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!