• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Yapon qonaqlar İsmayıllı RİH-də qəbul olunub

Yapon qonaqlar İsmayıllı RİH-də qəbul olunub

Yazar Ismayilli
//
20 sentyabr 2017
//
//
Oxunub 49
//
Azərbaycanın İsmayıllı rayonu və Yaponiyanın İto şəhəri arasında imzalanmış “Dostluq mübadiləsi haqqında saziş” çərçivəsində yuxarı sinif şagirdi Suzuki Takeshi, bir universitet tələbəsi Umehara Taiga və müəllim İnaba Naoka İsmayıllı Rayon İcra Hakimiyyətində qonaq olublar.
Yapon qonaqlar İsmayıllı RİH-də qəbul olunub                   22 avqust 2017-ci il tarixdə yapon qonaqlar Rayon İcra Hakimiyyətində qarşılanıb. Görüşdə RİH başçısının birinci müavini Rövşən Ağayev, müavinlər Sevil Əhmədova, Mahmud Süleymanov, RTŞ-nin müdiri Rasim Orucov, Yaponiyaya getmiş İsmayıllının nümayəndə heyəti iştirak ediblər.
RİH başçısının birinci müavini R.Ağayev qonaqları salamlayıb və rayon haqqında məlumat verərək bildirib ki, İsmayıllı rayonu İto şəhəri ilə əməkdaşlığa uyğun olaraq geniş əlaqələr qurub. Bu əlaqələr təhsil sahəsində də davam etdirilir. Rövşən Ağayev qonaqlara hədiyyələr təqdim edib.
Öz növbəsində, Yaponiyadan gəlmiş müəllim İnaba Naoka göstərilən xüsusi diqqət və yüksək qonaqpərvərliyə görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirib, İsmayıllıda olduqlarından məmnunluğunu ifadə edib.
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəb nümayəndələrinin fəal iştirakı ilə yapon qonaqlar proqram üzrə nəzərdə tutulmuş yerlərə gedişlərini davam etdirirlər.
İto şəhərinin nümayəndə heyəti Lahıc və Basqal qəsəbəsində, Cavanşir qalasında, “Xoşbəxt - X” xalça müəssisəsində və başqa yerlərdə olublar.
Gündoğar ölkədən gələn qonaqların səfəri 24 avqust 2017-ci il tarixdə başa çatıb.
G.Mirzəliyeva

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!