Ümummilli liderin anım günü » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Ümummilli liderin anım günü

Ümummilli liderin anım günüHər il ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu gündə ölkənin hər yerində olduğu kimi İsmayıllıda da onun monumental abidəsi kütləvi ziyarət məkanına çevrilir. 12 dekabr 2012-ci il tarixdə 3 minə yaxın İsmayıllı sakini ürəyinin hökmü ilə Ulu öndərin abidəsini ziyarət etdi. Bundan sonra ziyarətçilərin bir hissəsi Heydər Əliyev Mərkəzinə gəlib, dahi şəxsiyyətin həyatı və dövləti fəaliyyəti ilə bağlı sənədlərə, şəkillərə baxdılar, Ümummilli liderə həsr olunmuş filmə tamaşa etdilər. Ekspozisiya zalında Heydər Əliyevin İsmayıllıya səfərləri barədə ziyarətçilərə geniş məlumat verildi. Öndərin İsmayıllıya o zamankı mübarək səfərlərin şahidi kimi söz demək şərəfi bu sətirlərin müəllifinə nəsib oldu.
Heydər Əliyevin müqəddəs ruhuna layiq məkana gələn əziz soydaşlarımız!
Azərbaycan tarixinin böyük bir mərhələsini yaşayan, 34 il xalqı qələbələrlə yüksəlişə aparan, milli xilaskarımız, əyilməz və dönməz rəhbərimiz Heydər Əliyevin anım günüdür bu gün. 12 dekabr 2003-cü ildə o dahi əbədiyyətə qovuşmuşdur. Bu qovuşmanın təzahürü olan monumental abidəni ziyarət etdik, mərkəzin muzey hissəsində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən sənədlərə, şəkillərə baxdıq, filmə tamaşa etdik. Baxışın bu məqamında ümummilli lider Heydər Əliyevin İsmayıllıya mübarək səfərləri barədə bilgilərimizi artırmaq istədik.
Ümummilli liderin anım günüƏvvəlcə onu qeyd edim ki, Heydər Əliyevin bölgələrə etdiyi səfərlər həmin yerlərə sürətli inkişaf, yüksək rifah, zəngin sosial həyat gətirirdi. Əmək adamları ondan layiq olduqları dəyərli qiyməti alırdılar. Ulu öndərin Respublikamıza rəhbərliyi zamanında neçə-neçə pambıqçı, üzümçü, maldar, sağıcı, inşaatçı Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Səfərlər rayonların abadlaşmasına, tikinti-quruculuq işlərinin geniş vüsət almasına yeni təkan verirdi. Hər bir bölgənin insanları Heydər Əliyevin gəlişini səbirsizliklə gözləyir, onunla görüşməyi arzulayırdılar.
İsmayıllı əhalisi bu arzusuna 23 iyul 1981-ci ildə çatdı. Xalqın ümidgahı olan Heydər Əliyev Gəraybəyli kəndinin yaxınlığında Ağsu-İsmayıllı sərhəddində qarşılandı. Sonra Xəlilli kəndində üzüm bağının kənarında əhali ilə görüş oldu. Ümummilli lider hər bir əməkçi ilə səmimiyyətlə, hərarətlə görüşdü. Səfərbəredici, insana qayğı ilə zəngin olan çıxış etdi. Sovxoz direktoru Hüseyn Səfərovu, sağıcı, Sosialist Əməyi Qəhrəmanı Gülüstan Həsənovanı, qabaqcıl üzümçülər Elmira Əliyevanı və İnnab Babayevanı dinlədi. Yüksək əmək nəticələrini təqdir edən xoş sözlər dedi. Gəraybəyli və Xəlilliyə qaz çəkilməsi və hamam tikilməsi barədə verilən tapşırıq çox qısa müddətdə icra olundu.
Kürdmaşı 80-ci illərdə İsmayıllı təsərrüfatlarının üzümçülükdə flaqmanı idi. Ulu öndər burada üzümçülərlə, ağsaqqallarla görüşdü. Qulaməli kişi ilə Heydər Əliyevin görüş şəkli yerlərdəki fotolövhələrdə öncül yerdən asılmışdır. Kürdmaşı kənd sovetinin sədri Sənubər Zeynalova və partiya təşkilat katibi Zeynal müəllim də bu görüşdə çıxış etmişdilər.
Həmin gün ölkə rəhbəri rayon mərkəzində Zəka kitab evinin açılışını etmiş, indiki RİH, maliyyə idarəsi və sosial müdafiə mərkəzlərinin yerində olan, müasir üslubda tərtib edilmiş ticarət sərgisinə baxmış, görülən işləri bəyənmişdir.
Muğanlı-İsmayıllı yolunun çəkilişində, xüsusilə Girdiman çayı üzərində salınan körpüdə çalışan inşaatçılar ulu öndərlə, dünya dəyərli rəhbərlə hərarətlə görüşmüşlər. Avtomobil Yolları Tikintisi Naziri Rafiq Xələfov işlərin gedişi barədə Heydər Əliyevə məlumat vermişdir.
24 iyul 1981-ci ildə rayon mədəniyyət evində fəallar yığıncağı olmuş, ümummilli lider Heydər Əliyev hər bir iştirakçıda daxili bir səfərbərlik yaradan, insanları daha böyük uğurlara yönəldən nitq söyləmiş, rayon rəhbəri Qəşəm Aslanovun timsalında İsmayıllıda gedən işləri təqdir etmiş, çox dəyərli tapşırıq və tövsiyələrini vermişdir. Lahıc qəsəbəsinə yol çəkilişi barədə göstərişi də ulu öndər elə bu yığıncaqda vermişdir.
Ümummilli liderin anım günüNitqinin başlanğıcında bölgəmizə böyük qiymət verən Heydər Əliyev demişdir:
Sizin rayon bildiyiniz kimi, Respublikamızın ərazisində təbiət etibarilə, iqlim etibarilə, torpaq etibarilə gözəl guşələrdən biridir və böyük tarixə, böyük ənənələrə malik olan rayondu.
Heydər Əliyev həmin gün axşam İvanovkada təntənəli yığıncaqda Nikolay Vasilyeviç Nikitinin sədr olduğu kolxoza Qırmızı Əmək Bayrağı ordenini təqdim etmişdir.
25 iyul 1981-ci ildə İvanovkadakı Kalinin adına kolxozun təcrübəsi əsasında Heyvandarlığı və yemçiliyi əsaslı surətdə yüksəltmək yolları barədə Respublika seminarı keçirilmişdir. Bütün rayonların birinci katibləri, icraiyyə komitəsi sədrləri seminarda iştirak etmiş, Ümummilli liderin yüksəlişin əsası olan tapşırıqlarını almışlar.
Həmin gün səfər başa çatmışdır. Ümummilli liderimiz, milli iftixarımız, beynəlxalq miqyaslı təmsilçimiz Heydər Əliyev ən çətin anlarda, taleyüklü məsələlərin həllində həmişə ürəkdən sevdiyi xalqının yanında olmuşdur. 1981-ci il noyabr ayının 31-də baş verən güclü zəlzələ nəticəsində əhali arasında qorxu yaranmışdı. Hamı evindən kənarda gecələyirdi. Dekabr ayının 5-də Respublikamızın rəhbəri, xalqımızın ümidgahı Heydər Əliyev İsmayıllıya gəldi. İndiki Mübariz Orucov küçəsində, Mican, Mücühəftəran, Ruşan kəndlərində oldu. Evlərə baxdı, hamıya təskinlik gətirən, ümid verən sözlər dedi. Onun göstərişi ilə Nazirlər Soveti sədrinin müavini Əliş Ləmbəranski və birinci katib Qəşəm Aslanovun başçılığı ilə dəymiş ziyanın aradan qaldırılması məqsədilə qərargah yaradıldı. Ümummilli liderin təkidi ilə İsmayıllı barədə ümumittifaq qərarı qəbul olundu, 22 milyon rubl vəsait ayrıldı. Görmədən təsəvvür etmək olmazdı ki, İsmayıllıya nə qədər tikinti materialı daşınır. Təkcə Müsüslü stansiyasında bir gündə 54 vaqondan tikinti materialı boşaldılmış və rayona daşınmışdı.
Ulu öndərin səfəri, əhali ilə qayğılı görüşü sanki qorxunu da aradan götürdü. Hamı evində gecələməyə başladı. Zəlzələ elə böyük dağıntılara səbəb olmamışdı, elə böyük ziyan vurmamışdı. Lakin nəticədə İsmayıllı içərisində yeni bir İsmayıllı tikildi. Çoxsaylı sosial və istehsal obyektləri tikildi. Hündür mərtəbəli evlərin inşasına zəlzələdən sonra başlandı. Heydər Əliyevin rəhbər qüdrəti və qayğısı, insani böyüklüyü, xalqa məhəbbəti, milli taleyimizi yaşamaq məsuliyyəti İsmayıllıya, ismayıllılara nicat gətirdi. Bu böyüklük, bu məhəbbət, xalqa olan bu sevgi, milləti yaşatmaq, ölkəni inamla yüksəlişə aparmaq məsuliyyəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının timsalında davam edir. Onun rəhbərliyi sayəsində Azərbaycan Beynəlxalq aləmdə söz sahibinə çevrilir.
Ümummilli liderimiz Heydər Əliyevin Şəki şəhərinə səfər edəcəyi xəbərini eşidən İsmayıllı sakinləri təbii ki, onunla görüşmək fürsətini əldən verməzdi. 08 noyabr 2002-ci ildə heç bir çağırış olmadan böyük insan kütləsi öz qəlbinin çağırışı ilə Nizami küçəsinin başlanğıcındakı meydana toplaşmışdı. Coşqun məhəbbətli insanları görən Heydər Əliyev nəzərdə tutulmayan dayanacaq etdi. Əhali ilə görüşdü, yenə də İsmayıllı barədə xoş sözlər dedi:
İsmayıllı çox gözəl rayondur, mən buranı yaxşı tanıyıram, əhalisi çox zəhmətkeşdir. Azərbaycana rəhbərlik etdiyim o illərdə mən bu rayondan bir dənə də olsun mənfi şey eşitməmişdim. Təbiəti yaxşıdır, bütün ətrafı gözəl meşələr, çaylardır. İndi Allah sizə belə gözəl bir yer nəsib edibdir.
Hər gəlişi, hər görüşü el bayramına çevrilən Heydər Əliyev burada da insanların yaşayış tərzi ilə maraqlandı, taxılçılıq, maldarlıq və üzümçülüyün inkişafı, emal müəssisələrinin yaradılması ilə əlaqədar tapşırıq və tövsiyələrini verdi. Sonra Şəkiyə yola düşdü.
Bəli, ənənələr bu gün daha yaradıcılıqla davam edir. Möhtərəm prezident İlham Əliyev bölgələrdə gedən işlərlə bilavasitə özü tanış olur, əhali ilə görüşür, hər bir rayonun vacib problemlərinin həlli üçün öz ehtiyat fondundan vəsait ayırır. Cənab İlham Əliyev baş nazir olarkən 2003-cü ildə, Azərbaycan Respublikasının Prezidenti zamanında 19 avqust 2005-ci ildə və 29 oktyabr 2009-cu ildə İsmayıllıya səfər etmiş, xüsusilə sonuncuda nailiyyətlərdən razı qaldığını bildirmişdir. Biz bu gün Ümummilli liderimizin əbədiyyətə qovuşmasından kədərlənsək də, Tanrı tərəfindən Azərbaycan dünyasına bəxş edilməsindən həmişə sevinc duyuruq.
V.Salehov
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter