İsmayıllıda “Təhsil bayramı” keçirilib » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

İsmayıllıda “Təhsil bayramı” keçirilib

İsmayıllı rayonunda təhsil ənənələri novatorluqla yaşadılır və əldə edilən nəticələr ildən-ilə artırılır. Bu il rayonun tam orta məktəblərini 777 nəfər şagird bitirib. Onların 470 nəfəri universitetlərə sənəd verib. 354 nəfər qəbul olunub. Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov ən yüksək zirvəyə - 700 bala çatıb. 26 nəfər 600-700, 60 nəfər 500-600 arası bal toplayıb. 3 nəfər qızıl, 1 nəfər gümüş medala layiq görülüb. Digər göstəricilər də yüksələn xətt üzrə davam edib.İsmayıllıda “Təhsil bayramı” keçirilib
İsmayıllıda “Təhsil bayramı” keçirilib
İsmayıllıda “Təhsil bayramı” keçirilib
İsmayıllıda “Təhsil bayramı” keçirilib
İsmayıllıda “Təhsil bayramı” keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyəti Rayon Təhsil Şöbəsi ilə birgə şəhərin Mədəniyyət Mərkəzində məzunların uğurlarına həsr olunmuş, müvəffəqiyyətləri təqdir edən “Təhsil bayramı” keçirib.
İlk çıxış edən, rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov gənclərə, onları yetişdirən müəllimlərə səmimi təbriklərini ünvanlayıb. Qızıl və gümüş medal alanlara, onların təhsil aldığı məktəblərin direktorlarına, müvəffəqiyyəti daha çox olan bir qrup müəllimə M.Sadıqov qiymətli hədiyyələrini təqdim edib.
Millət vəkili, İsmayıllının inkişafında fəal iştirak edən Novruzəli Aslanov tələbə adı qazananları təbrik edib, fərqlənənləri hədiyyələrlə dəyərləndirib. 26 nəfərə - 600-700 arası bal toplayan tələbəyə M.Sadıqov və N.Aslanov şəxsən hədiyyə təqdim ediblər.
Test imtahanlarında 500-600 bal toplayan 60 nəfər tam orta məktəb məzununu da rayon İcra Hakimiyyəti qiymətli hədiyyələrlə mükafatlandırıb.
Rayon Təhsil Şöbəsinin müdiri, Əməkdar müəllim Rasim Orucov, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, 700 bal toplayan Vahab Cəbrayılov, rayonumuzda səfərdə olan Belorus Respublikası nümayəndə heyətinin rəhbəri Valeriy Lazyuk və valideyin Rövşən Ağayev çıxış ediblər. Sonra “Niyal” xalq çalğı alətləri ansamblının bayram konserti olub.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Dövlət qulluqçuları günü”ndə “Tərəqqi” medalı ilə təltif olunmuş İsmayıllı şəhər İƏD üzrə nümayəndə Məhərrəm Əhmədova medalı təqdim edib.
Bayram iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində təhsil uğurlarını əks etdirən sərgiyə baxıblar.
V.Salehov
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter