Azərbaycan söz sahibi olan nüfuzlu dövlətdir » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Azərbaycan söz sahibi olan nüfuzlu dövlətdir

Azərbaycan söz sahibi olan nüfuzlu dövlətdir08 noyabr 2012-ci il tarixdə YAP İsmayıllı rayon təşkilatı İsmayıllı rayon İncəsənət məktəbi Ərazi ilk partiya təşkilatında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş dəyirmi masa keçirmişdir.
Tədbiri YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd etmişdir ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Buna Allahdan lider deyirlər. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxartmaq nə qədər əhəmiyyətlidirsə, rəvan nitqə, yüksək intellektə, təhlil etmək bacarığına yiyələnmək də bir o qədər vacibdir. Bu cəhətdən Heydər Əliyevə uyğun gələn siyasətçi çox azdır. Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi idi. Siyasət üçün doğulmuşlar siyasətdən əl çəkdikcə, siyasət onlardan əl çəkmir - deyimi tamamilə Heydər Əliyevə aid edilə bilər. Ona görə də bir sıra hallarda Heydər Əliyevi siyasət nəhəngi, siyasət qrosmeysteri, siyasət patriarxı... kimi xarakterizə edirlər. Qüdrətli dövlət xadimi siyasət aləminin müəllimi idi. Onun müəllimliyindən çoxlarına pay düşmüşdür.
Ümummilli lider Heydər Əliyevi dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olar. Müasirləri onun gördüyü işləri hələ layiqincə dəyərləndirməyiblər: onun yer üzünə nə üçün gəldiyini və kim tərəfindən göndərildiyini tam dərk edə bilmək üçün hələ olduqca az vaxt keçib. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.
Daha sonra çıxış edən natiqlərdən İsmayıllı İncəsənət Məktəbi ərazi ilk partiya təşkilatının sədri Ceyran Məmmədova, Məktəbin direktor müavini Nazim Aydınov və digərləri qeyd etmişlər ki, adətən, insanlar zamanın ardınca gedir. Yalnız dahilər zamanı qabaqlayırlar. O, zamanı qabaqlamağa qadir şəxsiyyət idi. Qısa zaman kəsiyində dünyanın nəhəng dövlətlərinin mənafeyini Azərbaycanda birləşdirdi. Dövləti qurdu, dövlətçiliyi möhkəmləndirdi, vətəndaş cəmiyyətini formalaşdırdı. Dünya azərbaycanlılarının birliyini yaratdı. Sonda isə ölüm aman vermədi. 12 dekabr 2003-cü il. Həmən gün o acı xəbərə heç kim inanmaq istəmirdi. Bu acını qəbul etmək, həzm etmək mümkün deyildi də. Hər dəfə ulu öndər səfərdən dönərkən hava limanının yollarına dikilən gözlərə bu dəfə kədər çökmüşdü. Bu, hava limanında ulu öndərin son qarşılanma mərasimi idi. Matəm karvanının keçdiyi yol boyunca qırmızı qərənfillər düzülmüşdü. Minlərlə insan matəm karvanını qəhərli göz yaşlarıyla müşaiyət edirdi. Bu insanları küçələrə, yollara çıxmağa heç kim məcbur etməmişdi. Onları bura gətirən insani hisslər, ulu öndərə olan son borclarını vermək istəyi idi. Bu gedişi ilə o, əbədi olaraq ürəklərə köçdü. Hər bir azərbaycanlının ürəyinə. Ulu yaradan ona çox şey vermişdi: fenomen yaddaşı, dərin təhlil qabiliyyətini, öz xalqına, vətəninə bağlılığı, sadəliyi, dözümü, bəlağətli nitqi, hətta yaraşıqlı boy-buxunu. Və nəhayət tarix yaratmaq bacarığını
Dahi şəxsiyyətin siyasi kursunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ulu öndər öz estafetini Azərbaycanın yeni lideri, davamçısı Prezident İlham Əliyevə verərkən demişdi: Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Onun sona çatdıra bilmədiyi işlər bu gün uğurla həyata keçirilir. İndi Azərbaycan dünyada söz sahibinə malik nüfuzlu bir dövlətdir.
İlqar Əhmədli
reytinq:  5
Şərh yaz

  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter