• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri İsmayıllıda

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri İsmayıllıda

Yazar Ismayilli
//
19 avgust 2017
//
//
Oxunub 219
//
Avqustun 11-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev İsmayıllı rayonunda olub.Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri İsmayıllıda
Administrasiya rəsmisi rayonun sosial-iqtisadi inkişafı, dövlət gənclər siyasəti və idman sahəsində aparılan işlərlə, həyata keçirilən tədbirlərlə yaxından tanış olub. Rayonda idmanın kütləviliyinin təmin edilməsi, gənclərin ictimai-siyasi fəallığının daha da artırılması sahəsində görüləcək işlər barədə rayon rəhbərliyi, rayon Gənclər və İdman İdarəsi, İsmayıllı Olimpiya-İdman Kompleksinin əməkdaşları ilə müzakirələr aparıb.
Y.Məmmədəliyev rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehovla Heydər Əliyev Mərkəzində, İsmayıllı şəhər Mədəniyyət Mərkəzində, Uşaq Yaradıcılıq Mərkəzində, İsmayıllı Olimpiya-İdman Kompleksində gənclər və idmançılarla görüşüb, yaradıcılıq dərnəklərinin fəaliyyəti, yeniyetmə və gənclərin idmanın müxtəlif sahələrinə cəlb olunması vəziyyəti ilə tanış olub.
Y.Məmmədəliyev gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı rayonda həyata keçirilən kütləvi tədbirlərlə maraqlanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə gənclər və idman sahəsində apardığı uğurlu siyasət barədə məlumat verən Administrasiya rəsmisi bu sahə üzrə tövsiyə və tapşırıqlarını verib.
Gülər Baxışova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!