• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Xatirələr dil açdı...

Xatirələr dil açdı...

Yazar Ismayilli
//
19 avgust 2017
//
//
Oxunub 102
//
Məzunların 50 ildən sonrakı görüşü hamını kövrəltmişdi. Zəng səsi hamını yerində əyləşdirdi. Ani olaraq hamı özünü 50 il əvvəl olduğu, 16-17 yaşında hiss etdi.  Xatirələr dil açdı...
  Xatirələr dil açdı...
  Xatirələr dil açdı...
Araya düşən sükutu Lahıc qəsəbə tam orta məktəbinin direktoru, Azərbaycan respublikasının Əməkdar müəllimi Hikmət Haqverdilinin səsi pozdu. O, 50 əvvəl bu məktəblə vidalaşan məzunların adlarını sinif jurnalı üzrə oxudu. Adları çəkilənlər ayağa qalxıb “Burda” deməklə tədbirin iştirakçısı olduqlarını bildirdilər. 9 nəfərin adı dünyasını dəyişənlərə aid edildi, hər birinin xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad olundu.
Sevindirici hal idi ki, 50 il əvvəl məktəbin məzunları ilə vidalaşan müəllimlərdən bir neçəsi xoş əhvalla bu gözəl tədbirə qatılmışdı. Məzunlar dünyalarını dəyişmiş müəllimlərinə Allahdan rəhmət dilədilər.
Xatirələr dil açıb danışmaqda, baxışlar ötən günlərin görkəmlərə verdiyi dəyişiklikləri müqayisə etməkdə idi. Bu kövrək dəqiqələrdə ilk söz sinifin 50 il əvvəlki liderinə, bu gün Əməkdar elm xadimi kimi İsmayıllı Rayon İcra Hakimiyyətinə başçılıq edən dəyərli ziyalı Mirdaməd Sadıqova verildi. O, ötən illərin qazancından, əldə olunan uğurlardan, günün vacib məsələlərindən, qarşıda duran vəzifələrdən söz açdı.
Respublikanın müxtəlif ünvanlarından təşrif buyurmuş məzunlar növbə ilə söz alıb fikirlərini açıqladılar.
Lahıc məktəbinin ənənələri yad edildi. İldən-ilə artan nailiyyətlər söhbət mövzusu oldu. Bu il ali məktəbə qəbulda 700 bal toplamış Vahab Cəbrayılov hamı tərəfindən alqışlandı. Ona və məktəbin direktoru H.Haqverdiliyə İsmayıllı Rayon İcra Hakimiyyəti adından qiymətli hədiyyə təqdim olundu.
Biri-birinə xoş günlər, mənalı babalıq, nənəlik arzulayan məzunların ürəkaçan görüşü bir neçə saat davam etdi. 50 illik ayrılıqdan sonrakı görüşün rəsmi hissəsi xatirə şəkli çəkdirməklə yekunlaşdı.
Hacıməmməd Məmmədov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!