• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Kompleks önəmli əhəmiyyət daşıyacaq

Kompleks önəmli əhəmiyyət daşıyacaq

Yazar Ismayilli
//
19 avgust 2017
//
//
Oxunub 87
//
27 iyul 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Keyvəndi kəndində sakinlərlə görüş-qəbul keçirib. İcra başçısı ölkədəki sabitlikdən, iqtisadi inkişafdan, rayonda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışıb. Kənddə əhalinin məşğulluğunun artırılmasının, sahibkarlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.  Kompleks önəmli əhəmiyyət daşıyacaq               O qeyd edib ki, kəndin ərazisində tikintisi başa çatdırılmaq üzrə olan 1500 başlıq maldarlıq kompleksinin burada yaşayanlar üçün önəmli əhəmiyyəti olacaqdır. Bu kompleksin işə düşməsi ilə mövcud işsizliyin qismən aradan qaldırılması, kənd infrastrukturunda müsbət dəyişikliklərin baş verəcəyi gözlənilir. Maldarlıq kompleksinin işə düşməsi həm də magistral yoldan kəndə olan yolun asfaltlaşdırılmasının gerçəkləşməsinə şərait yaradacaqdır.
Kənd sakinləri çıxışlarında kənddə içməli su probleminin həll edilməsi, yararsız elektrik dirəklərinin dəyişdirilməsi, digər ümumi və şəxsi problemləri barədə xahişləri RİH başçının diqqətinə çatdırıblar.
Başçı M.Sadıqov qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti idarə rəhbərlərinə tapşırıqlar verib.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!