• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İnkişafa yönəldilən fəaliyyət

İnkişafa yönəldilən fəaliyyət

Yazar Ismayilli
//
19 avgust 2017
//
//
Oxunub 74
//
2017-ci ilin birinci 6 ayında İsmayıllı rayon Lahıc bələdiyyəsində görülmüş işlər barədə hesabat yığıncağı keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nazim Səfərovun da iştirak etdiyi yığıncaqda bələdiyyə üzvləri, seçicilər Lahıc bələdiyyəsinin sədri, Əməkdar müəllim Rövşən Əliyevin hesabat məruzəsini dinləyiblər. İnkişafa yönəldilən fəaliyyət
Sədr əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ildən-ilə güclənməkdə olan yerli özünüidarə orqanları – bələdiyyələrin ölkənin sosial-iqtisadi sahədə inkişafına öz töhfəsini verməsindən söz açıb.
Bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı Qanunlara dəyişikliklər edilməsi, yerli əhəmiyyətli sosial, iqtisadi-inkişaf, ekoloji proqramların həyata keçirilməsində bələdiyyələrin fəaliyyətinə dövlət dəstəyinin verilməsi bu qurumun inkişafına təkan verir. Eyni zamanda bələdiyyə sədri xüsusi olaraq vurğuladı ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, İsmayıllıda da abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Bu proses son illər rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərliyi ilə daha sürətlə aparılır, şəhərin, qəsəbələrin və kəndlərin siması gündən-günə gözəlləşir.
Bələdiyyə hesabat dövründə fəaliyyətini əsasən tikinti-abadlıq, səliqə-sahman işlərinə yönəldib. Bələdiyyə sədri yerinə yetirilmiş çoxsaylı layihələr - daş döşəmə salınması, kanalizasiya, içməli su xətlərinin çəkilməsi və təmiri, məktəbli şagirdlərə yardımın göstərilməsi, bədən tərbiyəsi və idmanın inkişafı, mədəni-kütləvi tədbirlərin keçirilməsi, qəsəbədaxili yolların saxlanması, mənzil və kommunal, yerli ekologiya sahəsində görülmüş işlər, eləcə də qarşıda duran vəzifələr haqqında məlumat verib.
Yığıncaqda iştirak edən seçiciləri maraqlandıran sualları Lahıc bələdiyyəsinin üzvləri cavablandırdılar. Çıxış edənlərdən Fikrət Haqverdiyev, Sədrəddin İsgəndərov, Hikmət Haqverdili bələdiyyənin fəaliyyətini yüksək qiymətləndirdilər.
Sonda İsmayıllı RİH-nin nümayəndəsi N.Səfərov çıxış edərək Lahıc bələdiyyəsinin inkişafa yönəldilən, qənaətbəxş fəaliyyətinə İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından təşəkkür etdi.
Bənövşə İsmayılova,
Lahıc bələdiyyəsinin üzvü

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!