• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Gənclər və İdman Nazirliyinin yaranmasının 23-cü ildönümü ilə əlaqədar görüş

Gənclər və İdman Nazirliyinin yaranmasının 23-cü ildönümü ilə əlaqədar görüş

Yazar Ismayilli
//
18 avgust 2017
//
//
Oxunub 51
//
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 23-cü ildönümü ilə əlaqədar İsmayıllıda bir-birindən maraqlı tədbirlər – debatlar, konfranslar, idmanın müxtəlif növləri üzrə yarışlar keçirilib. Yarışlarda iştirak edən rayon gəncləri öz məharətlərini nümayiş etdiriblər. Sonra İsmayıllı Rayon İcra Hakimiyyətində gənclərlə tədbir keçirilib. Tədbirdə intellektual yarışlarda, fənn olimpiadalarında qalib gələn, test imtahanlarında yüksək bal toplayan gənclər, müxtəlif idman növləri üzrə ölkə və Avropa çempionları, onların məşqçiləri iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin yaranmasının 23-cü ildönümü ilə əlaqədar görüş
Görüşü rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq, iştirakçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 23-cü ildönümü münasibətilə təbrik edib. Natiq qeyd edib ki, bir çox vacib, həyati əhəmiyyət kəsb edən sahələr kimi gənclərin, idmanın və turizmin idarə olunması da ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gələnədək başlıbaşına buraxılmışdı. Onun 26 iyul 1994-cü il tarixli sərəncamı ilə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması dövlət siyasətinin hər üç istiqamətinin düzgün həyata keçirilməsinin əsl hərəkətverici qüvvəsi oldu. Bir müddət sonra cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri seçilməsi nəticədə Azərbaycanı idman ölkəsinə çevirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısından intellektual, elmi və fiziki güc alan gənclərimiz bu sahədə qazandıqları uğurlarını ilbəil artırırlar. Bu baxımdan İsmayıllının gənclərinin və idmançılarının fəaliyyəti, inkişaf səviyyəsi də təqdir olunmağa layiqdir. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, İsmayıllı Olimpiya-İdman Kompleksi, Rayon Təhsil Şöbəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və İsmayıllı Peşə Tədris Mərkəzinin iştirakı ilə rayonda fəal gənclik həyatı yaşanır, könüllülük hərəkatı genişlənir. Gənclərin məşğulluğunun artırılması üçün səmərəli tədbirlər həyata keçirilir. Rayon icra hakimiyyəti dövlət gənclər və idman siyasətinin həyata keçirilməsi, yetişən nəslin vətənpərvər ruhda böyüməsi, təhsilinin səmərəli təşkili, möhkəm idman bazasının yaradılması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirir. Gənclərin müxtəlif mövzulu kurslara cəlb olunması, “Gənc təsərrüfatçılar” məktəbinin yaradılması, idmançıların hər bir uğrunun hədiyyə və təltiflərlə qarşılanması bu sahələrin daha sürətli inkişafı üçün stimul yaradır.
Görüşdə test imtahanlarında 695 bal toplamış şəhər 6 saylı tam orta məktəbin məzunu Murad Ağazadənin çıxışı alqışlarla qarşılanıb. O, çıxışında təhsil şəraitinə, hər kəsin potensialının üzə çıxarılması üçün yaratdığı imkanlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Hər zaman təhsilin qayğıkeşi olan, hər bir İsmayıllı gəncinin təhsili, sosial həyatı üçün özünü məsul bilən RİH başçısı Mirdaməd Sadıqova və müəllimlərə təşəkkür edib.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanlı, İsmayıllı Olimpiya-İdman Kompleksinin direktoru Tofiq Hümbətov, cüdo üzrə məşqçi Əkbər Şəfaqətov və başqalarının çıxışları dinlənilib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov rayon Gİİ-nin yaranmasından və sonrakı inkişafından, gənclərin və idmançıların fəallığının artmasından, Gənclər və İdman Nazirliyi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin idarənin işinə həmişə dəstək olmasından, fəallığın ən bariz nəticəsi olan 2015-ci ildə İsmayıllının “Azərbaycanın gənclər paytaxtı” seçilməsindən danışıb, iştirakçıları təbrik edib.
Əsas tərkibi “Asan-xidmət” könülüllərindən ibarət olan bir qrup daha fəal gəncə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
İlqar Həsənov,
“Xalq qəzeti”nin bölgə müxbiri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!