• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Yazar Ismayilli
//
19 iyul 2017
//
//
Oxunub 175
//
Dövlət qulluqçularının peşə bayramı qeyd olunub  Dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq şərəfli olduğu qədər də çətin və məsuliyyətlidir. Həyatını, bütün mənalı ömrünü bu sahəyə həsr edən insanlar böyük rəğbətə, dərin hörmətə və ehtirama layiqdirlər.
Dövlət qulluqçularının peşə bayramı xüsusi əhəmiyyət daşıyan, ölkəmizdə yüksək səviyyədə qeyd olunan bayramlardandır. Bu bayram ilk dəfə BMT Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən təsis edilib. Azərbaycanda isə dövlət qulluqçularının peşə bayramı Prezident cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub.
23 iyun 2017-ci il tarixdə 280 nəfərə yaxın dövlət qulluqçusunun iştirak etdiyi bayram tədbiri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başlayıb. Rayon rəhbərliyi, hüquq-mühafizə orqan işçiləri, idarə, müəssisə və təşkilatlarda çalışan dövlət qulluqçuları öz xalqının və dövlətinin ən cəfakeş və ulu xidmətçisi olan ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, hörmət və ehtiramlarını ifadə ediblər.
Dövlət qulluqçularının peşə bayramı qeyd olunub  Tədbir RİH-nin iclas zalında davam etdirilib. Dövlət qulluqçularını salamlayan RİH-nin başçısı Mirdaməd Sadıqov bayram münasibətilə tədbir iştirakçılarını, bütün dövlət qulluqçularını təbrik edib.
Dövlət Himni oxunub. Qeyd olunub ki, ötən illərdə rayonda 8 nəfər dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 iyun 2017-ci il tarixli Sərəncamı ilə RİH-nin şəhər inzibati ərazi dairəsi nümayəndəsi Məhərrəm Əhmədovun “Tərəqqi” medalı ilə təltif olunduğu diqqətə çatdırılıb, bütün iştirakçılar adından təbrik edilib.
Rayon məhkəməsinin hakimi Azad Əliyev, rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov, dövlət qulluğu veteranları Valeh Salehov, Adil Şirəliyev, Gözəl Osmanova, İvanovka kənd İƏD-nin sabiq nümayəndəsi Olqa Jabina çıxış edərək peşə bayramları münasibətilə dövlət qulluqçularını təbrik ediblər.
“Tərəqqi” medalı ilə təltif olunmuş Şəhər İƏD-üzrə nümayəndə Məhərrəm Əhmədov göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına, rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.
Sonda bir qrup dövlət qulluqçusuna RİH-nin Fəxri fərmanları, təşəkkürnamələri təqdim olunub, dövlət qulluğu dərəcələri verilib.
Murad Məhərrəmov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!