• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Təltiflər və təbriklər

Təltiflər və təbriklər

Yazar Ismayilli
//
19 iyul 2017
//
//
Oxunub 87
//
Təltiflər və təbriklər    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhmədov Məhərrəm Sayətdin oğlu Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Bu münasibətlə M.Əhmədovu həmkarları və çoxsaylı oxucularımız adından təbrik edirik.

***
Təltiflər və təbriklər    Bağırov Eyvaz Ağabağır oğlu 1957-ci ildə İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinə daxil olub. 1979-cu ildə institutu bitirərək təyinatla Baş Dövlət Layihə İnstitutuna göndərilib. 1979-2000-ci illərdə burada müxtəlif vəzifələrdə çalışıb, bir çox fərdi layihələrin müəllifi olub. 2001-2006-cı illərdə Xətai Rayon İcra Hakimiyyətində baş memar vəzifəsində çalışıb. Hazırda həmin vəzifəni Yasamal RİH-də icra edir. 1983-cü ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.
E.Bağırov Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə bu ilin iyun ayında Prezidentin imzaladığı sərəncamla “Tərəqqi” medalı ilə təltif olunub. Həmyerlimizi təbrik edirik.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!