Yüksək nailiyyətlər qazanılacaq » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Yüksək nailiyyətlər qazanılacaq

Rayonumuzun iqtisadiyyatının əsasını aqrar sahə tutduğuna görə son illər bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Çünki, rayon üzrə ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 61,7 faiz olmuşdur. Bu sahəyə son texnologiyaların və texnikalarının tətbiqi, daha məhsuldar mal-qaranın gətirilməsi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, yemləmənin yüksək səviyyədə təşkili sayəsində məhsuldarlıq getdikcə artmaqda davam edir. Yüksək nailiyyətlər qazanılacaq
Elə bu ilin yanvar- sentyabr ayının rəqəmlərinə diqqət yetirsək nəticələrin həqiqətən də yüksək olmasını görərik.Həmin dövr ərzində rayonda müvafiq ilin faktiki qiymətləri ilə 54285,2 min manatlıq, müqayisəli qiymətlərlə isə 55244 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur. Aydındır ki, rayonumuzda heyvandarlıq və bitkiçilik sahələri üstünlük təşkil edir. Kənd təsərrüfatı məhsulunun 24351,5 min manatını heyvandarlıq məhsullarının istehsalı, 29932,5 min manatını bitkiçilik məhsullarının istehsalı təşkil edir.
Yola saldığımız ildə rayonda dənli-paxlalıların (qarğıdalı ilə birlikdə) məhsuldarlığı da keçən illə müqayisədə artmışdır. Müvafiq olaraq məhsul istehsalı da çoxalmışdır. Hektardan məhsuldarlıq da artmışdır. Hesabat dövründə buğdanın məhsuldarlığı 22,9, arpanın məhsuldarlığı isə 21,3 sentner təşkil etmişdir. Bu artım keçən illə müqayisədə çoxdur. İndi aqrar sahənin adamları gələn ilin məhsulu üçün zəmin yaradırlar. Taxılçılığın inkişafı üçün yüksək keyfiyyətli toxum və keyfiyyətli şum əsas rol oynayır. Bu məqsədlə bütün imkanlar səfərbərliyə alınmışdır.
Son illər rayonda üzümçülüyün inkişaf etdirilməsi sahəsində görülən işlərin həcmi artmaqdadır. Üzümlüklərin salınmasının artması ilə əlaqədar bara düşən bağların sahəsi də çoxalmaqdadır. Bu il bağlardan toplanmış üzüm məhsulu emal müəssisələrinə təhvil verılmişdir.
Digər aparıcı sahə olan heyvandarlıq da inkişafdadır. İstər iri buynuzlu mal-qaranın, istərsə də qoyun-keçilərin baş hesabında xeyli artım nəzərə çarpır. Heyvandarlıq məhsullarının istehsalında nəzərəçarpacaq artım var. Ət (diri çəkidə), süd, yun və yumurta istehsalı sahəsində keçən ilin eyni dövri ilə müqayisədə artım qeydə alınmışdır. 2012-ci ilin yanvar- sentyabr aylarında bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə ət istehsalı 3780 ton, süd istehsalı 25601 ton, yumurta istehsalı 6108 min ədəd, yun istehsalı 386 ton təşkil etmişdir. 2011-ci ilin doqquz ayı ilə müqayisədə ət istehsalı (diri çəkidə) 45 ton, süd istehsalı 290 ton, yumurta istehsalı isə 22 min ədəd artmışdır. Əlbəttə, sadaladığımız bu rəqəmlər ilin sonuna qədər də xeyli artacaqdır. Kənd əməkçilərinin qarşısında yeni ildə daha yüksək uğurlara imza atmaq vəzifəsi durur.
Ə.Əzizov,
İsmayıllı rayon Statistika İdarəsinin rəisi
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter