• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ümummilli liderin hakimiyyətə gəlişi günü qeyd edilib

Ümummilli liderin hakimiyyətə gəlişi günü qeyd edilib

Yazar Ismayilli
//
19 iyul 2017
//
//
Oxunub 106
//
Ümummilli liderin hakimiyyətə gəlişi günü qeyd edilib   Ümummilli lider Heydər Əliyevin mübarək səfərləri ilə şərəfləndirdiyi İsmayıllı rayonunun ictimaiyyəti onun hakimiyyətə gəldiyi günü – 14 iyulu yüksək səviyyədə qeyd edib.
Tədbir “Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi üçün məkan seçilən Heydər Əliyev Mərkəzində keçirilib. İştirakçılar başlanğıcda Ulu öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Sonra Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxış keçirilib.
Məşğələni giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədr əvəzi, rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb.
Dövlət qulluğu veteranı Valeh Salehov “Azərbaycan tarixinin Heydər Əliyev epoxası” mövzusunda məruzə edib. Ümummilli lideri 1981-ci il 23 iyulda İsmayıllıya səfəri zamanı ilk qarşılayanlar sırasında olmuş təhsil veteranı Yaşar Nuriyev, İvanovka kənd xəstəxanasının baş həkimi Mariya Prokofyeva və Talıstan kənd tam orta məktəbin direktoru, Əməkdar müəllim Aydın Əzizov çıxış ediblər.
Mərkəzin foyesində Vətənə, ümummilli lider Heydər Əliyevə həsr olunmuş mahnılardan, şeirlərdən ibarət bədii proqram nümayiş etdirilib.
Gülər Baxışova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!