• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Problemlərin həlli istiqamətində iş aparılır

Problemlərin həlli istiqamətində iş aparılır

Yazar Ismayilli
//
19 iyul 2017
//
//
Oxunub 67
//
Problemlərin həlli istiqamətində iş aparılırİyul ayının 22-də RİH başçısı Mirdaməd Sadıqov rayonun Gideyli kəndindəki ümumi orta məktəbdə görüş-qəbul keçirib.
Başçı ərazidəki problemlər barədə məlumatlı olduğunu bildirib və onların həlli istiqamətində iş aparıldığını vurğulayıb.
Kənd sakini Rəcəb Məmmədov bildirib ki, hər dəfə təcili yardıma müraciət etməmək üçün kənddə tibb məntəqəsinin açılmasına və onun ixtisaslı işçi ilə təmin olunmasına ehtiyac vardır. O həmçinin məkdəbəqədər tərbiyənin əhəmiyyətindən danışaraq kənddə uşaq bağçasının açılmasını zəruri hesab edib.
Kamran Sadıqov çıxışında son vaxtlar aparılan tikinti-quruculuq işlərinə görə aidiyyəti təşkilatlara minnətdarlıq etdi. Kənddə subartezian quyusunun qazılmasına görə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, hazırda modul tipli sutəmizləyici qurğu tikilir. Bu da kənd sakinlərinin içməli suya olan tələbatını xeyli yaxşılaşdıracaqdır. O, kənddə internet şəbəkəsinin olmamasından gileylənib.
Kəndin sakini Ağalar Zeynalov ali təhsil almış qızının işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib.
Problemlər diqqətlə dinlənildikdən sonra başçı aidiyyəti qurumlara, ərazinin bələdiyyə və icra nümayəndəsinə müvafiq tapşırıqlar verib.
Görüş-qəbulda RİH başçısı ilə yanaşı icra aparatı əməkdaşları, xidmət təşkilatlarının nümayəndələri də iştirak edib.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!