• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Geniş tərkibdə “Nümayəndə günü” keçirilib

Geniş tərkibdə “Nümayəndə günü” keçirilib

Yazar Ismayilli
//
19 iyul 2017
//
//
Oxunub 97
//
Geniş tərkibdə “Nümayəndə günü” keçirilib 19 iyun 2017-ci il tarixdə keçirilmiş “Nümayəndə günü”ndə yığıncaqda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, İsmayıllı Kənd Təsərrüfatı İdarəsinin rəisi, inzibati ərazi dairələrinin 33 nəfər nümayəndəsi, 4 nümayəndəlikdən nümayəndənin müavini və 34 nəfər bələdiyyə sədri iştirak edib.
Tədbiri giriş sözü ilə İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov açaraq ölkənin və rayonun müasir durumu ilə əlaqədar ətraflı məlumat verib. Sonra İƏD üzrə nümayəndələrin və bələdiyyələrin fəaliyyətini təhlil edərək, daha fəal işləmək yolları araşdırılıb.
Gündəlikdə duran birinci məsələ ilə əlaqədar RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov çıxış edib.
İkinci məsələ ilə əlaqədar İsmayıllı Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov çıxış edib. O, əkin və meşə sahələrində yanğın hallarının baş verməsinin qarşısının alınması ilə əlaqədar vacib tədbirləri iştirakşıların diqqətinə çatdırıb.
RİH-nin başçısı Mirdaməd Sadıqov sonda təklifi, problemi olan hər bir iştirakçını dinləyib, uyğun tapşırıqlarını verib.
Ehtiram Manafov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!