• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Xeyirxah insanların həyat qayəsi

Xeyirxah insanların həyat qayəsi

Yazar Ismayilli
//
19 iyul 2017
//
//
Oxunub 225
//
Xeyirxah insanların həyat qayəsi   Yer üzünün əşrəfi sayılan insanın yüksək mənəvi keyfiyyətlərindən biri olan xeyirxahlıq adlı anlayış onun əməldə təzahürüdür. Bu keyfiyyətə qədər insan kiçik yaşlarından müəyyən mərhələlər, tərbiyə prosesi keçir. Həmin mərhələlərdən biri əməksevərlik, əməyə məhəbbət tərbiyəsinin aşılanması dövrüdür. Bu mərhələni lazımi səviyyədə qət edən şəxs nəticədə, xeyirxah insana çevrilir.
Həqiqətən insan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır. Hələ ən qədim yazılı abidəmiz olan “Avesta”da həyat xeyirlə şərin mübarizəsi şəklində verilir və bu mübarizənin gec-tez xeyirin qələbəsi ilə bitəcəyi göstərilir. Bu da onu göstərir ki, xeyirin şər üzərindəki qələbəsi bəşərin öz arzusu, öz amalıdır.
Bu, bütün dövrlərdə olmuş, var və olacaq da.
Kiçik müqəddimə kimi verdiyim fikirləri İsmayıllı rayonu R.Novruzov adına Basqal qəsəbə orta məktəbinin 1974-cü il məzunlarına aid etmək olar. Məzun Çingiz Məhərrəmov 3 il əvvəl Basqal qəsəbə orta məktəbinin tarixində ilk dəfə olaraq böyük bir tədbirin keçirilməsinə nail oldu. O, “Məzun-40” adlı tədbir vasitəsilə bütün məktəb yoldaşlarını toplaya bilmişdi. Burada qərara alındı ki, tədbir davamlı olsun. Bəli, bu il onlar yenidən toplaşdılar. Əvvəlcə Qarabağ müharibəsi şəhidi R.Novruzovun büstünün üstünüə əklil qoyuldu, ruhuna dualar oxundu. Sonra kənd qəbiristanlığında uyumuş şəhidlərin, dünyadan köçmüş orta məktəb yoldaşlarının məzarlarını ziyarət, xatirələrini yad etmişlər.
Təşkilatçı Ç.Məhərrəmov söhbət zamanı fikrini, məqsədini bildirdi:
- Elə bir insan tapılmaz ki, istəyi, arzusu və diləyi olmasın. Yenicə anadan olmuş körpənin belə, istəyi olur. Bu istəyə zaman ötdükcə arzu, daha sonra isə dilək əlavə olunur. Məhz arzulara, diləklərə çatmaq əməksevərliklə mümkündür; zəhmət çəkməklə arzuya çatmaq insana verilən ən dəyərli nemətdir.
Xeyirxah insanların həyat qayəsi   Mənim də, buraya gəlmiş dostlarımızın da ümumən bir məqsədi olub. Kənddə yaşayan imkansız ailələrə, sinif yoldaşlarına əl tutmaq, yardım etmək. Bizdən əvvəl qəsəbədə kiçik bir qrup xeyriyyə işləri ilə məşğul idi, abadlığa köməklik edirdi. Biz də başqa bir missiyanı həyata keçirməyi qərara aldıq. Təklifimiz və təşəbbüsümüz yekdilliklə bəyənildi. Bu məqsədlə fond da yaratmışıq. Könüllülük prinsipi əsasında yaratdığımız fondun qapısı bizə qoşulmaq istəyən [b]hər kəsin üzünə açıqdır. Artıq müəyyən məbləğ də yığılıb. İstərdik ki, təşəbbüsümüz hər kəs tərəfindən müsbət qarşılansın.
[b]D.Basqallı[/b]

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!