• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İnnovativ layihələrin yekun təqdimatı mövzusunda elmi-praktik konfrans

İnnovativ layihələrin yekun təqdimatı mövzusunda elmi-praktik konfrans

Yazar Ismayilli
//
19 iyul 2017
//
//
Oxunub 163
//
İnnovativ layihələrin yekun təqdimatı mövzusunda elmi-praktik konfrans  Ölkəmizdə son illər ərzində aparılan davamlı islahatlar siyasəti iqtisadi qüdrətimizin əhəmiyyətli dərəcədə güclənməsinə imkan vermiş, sosial-iqtisadi inkişafın dinamik şəkildə artmasını təmin etmişdir. Bir sıra sahələrdə, o cümlədən də təhsil sahəsində normativ hüquqi baza formalaşmış, infrastruktur inkişaf etmiş, rəqabət gücü artmışdır, fasiləsiz təhsilə gözəl şərait yaranmışdır. Unutmaq olmaz ki, inkişafın innovativ inkişaf mərhələsi, milli iqtisadiyyatın rəqabətədavamlılığının artması və inkişaf dinamikasının sürətləndirilməsi əsasən insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartları səviyyəsinə çatdırılmasını tələb edir. Ölkəmizin mövcud imkanları müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin etməkdədir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
İnnovativ layihələrin yekun təqdimatı mövzusunda elmi-praktik konfrans  Bu gün təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Təhsil prosesinin iştirakçıları kimi bu gün həm təhsil verənlər, həm də təhsil alanlar bu proseslərdə fəal iştirak etməkdədir. Amma şəxsiyyətyönümlü təhsilin inkişafı üçün təhsil verənlərin üzərinə böyük yük düşür. İnnovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli, kompitensiyalara malik təhsil alanın formalaşdırılmasına xidmət edən təhsil verənlərin yetişdirilməsi, onların təcrübələrinin yayılması və genişləndirilməsi bu gün qarşıda duran əsas məqsədlərdən biridir.
Bu gün təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qarşıya qoyduğu bu məqsədlərin müzakirəsi və qabaqcıl təcrübənin yayılması çox vacibdir. Nəinki rayon, ümumrespublika səviyyəsində bu sahədəki uğurları ilə tanınan İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəb bu gün eTwining Plus layihəsi də daxil olmaqla bir sıra layihələr üzrə dünyanın 130 -dan çox ölkəsi ilə təhsil sahəsində təcrübə mübadiləsi etməkdədir. Xüsusən 2013-cü ildən başlayaraq müxtəlif ölkələr arasında fərqli mədəniyyətlərin, elmi yeniliklərin, təhsil sahəsindəki bacarıqların mübadiləsi üçün bir körpü rolunu oynayan eTwining layihəsi üzrə məktəbimizin 14 müəllimi müxtəlif vaxtlarda bu layihəyə qoşulmuş və çoxsaylı uğurlar əldə etmişdir. 2016-2017-ci tədris ilində ilk dəfə olaraq eTwing layihəsi çərçivəsində məktəbimizə Surə Mehdiyevanın layihəsi üzrə Türkiyə Cümhuriyyətindən qonaqlar gəlmiş, iki məktəb arasında “Qardaşlaşmış məktəb protokolu“ imzalanmışdır. Eyni zamanda bu tədris ilində məktəbimizin ingilis dili müəllimi Ruhiyyə Mahmudova eTwining layihəsi üzrə ölkə üzrə üç ambassadordan biri seçilmişdir. Həmçinin 2016-2017-ci tədris ilində məktəbimizin müəllimləri Şükufə Nəcəfova, Surə Mehdiyeva, Mehri Məmmədova “Avropa keyfiyyət nişanı”, Ruhiyyə Mahmudova, Təranə Yusifova isə “Milli keyfiyyət nişanı” almışdır. Xatırladaq ki, bu uğurumuz Respublika üzrə bütün uğur qazanan müəllimlərin 15 faizini təşkil etmiş, Bakı şəhərindən sonra rayonumuz ikinci yeri tutmuşdur. Həmçinin respublika üzrə Avropa keyfiyyət nişanı alan 6 müəllimdən 3-ü adlarını qeyd etdiyimiz müəllimlər olmuşdur.
Qazanılmış beynəlxalq və respublika səviyyəli uğurların və qabaqcıl müəllimlərin təcrübəsinin yayılması məqsədi ilə 30 iyun 2017-ci il tarixində İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində İsmayıllı Rayon Təhsil Şöbəsi ilə birgə “İnnovativ layihələrin yekun təqdimatı" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, TŞ-nin metod kabinetinin müdiri Hümbət Əsədov, TŞ-nin aparıcı məsləhətçisi Şəfaqət Rəsulov, TŞ-nin metodisti Sədəf Mikayılova, məktəb rəhbərliyi, məktəbin və rayonun innovativ müəllimləri iştirak ediblər. İlk olaraq eTwinning layihəsi də daxil olmaqla məktəbin qabaqcıl müəllimlərinin və layihələrdə fəal iştirak edən şagirdlərin təqdimatı oldu, daha sonra gələn qonaqlar çıxış etdilər, uğurlardan ibarət sərgiyə baxıldı. Qabaqcıl təcrübənin paylaşılması adına çox maraqlı, səmimi disskusiya şəraitində uğurlu bir konfrans oldu.
Gündüz Qədirov,
İ.Həsənov adına şəhər 1 nömrəli məktəbin direktoru

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!